Qan ve Qum (исполнитель: ☾⋆H.O.S.T☾⋆)

Albom: Qısa Qapanma
Trek: Qan və Qum
İfaçı: Qaraqan

Görəsən necə dadar qanla qum?
Həyatın pərdə arxasında kimlər unudulub?
Yum, don, qal, ört gözlərini, nəfəs alma,
Sən sadəcə bir oyuncaq, sən sadəcə bir fiqur..
Qəribə [bad word] lar, bu düyünlənmiş hisslər,
Mən hər il böyüdükcə qul olduğumu başa düşürəm..
Sən hər il həyat qanunlarına daha çox öyrəşirsən,
Deyəsən dişləyiblər səni də, sən vampirləşirsən..
Günəşin çadrası, qaranlığımı qətiləşdir,
Şeytanın bicliyidi, arzularım gerçəkləşdi..
Şeytanın rahibələrə danışdığı nağıllardan,
Ehtiras qələmimdə tənhalığım itiləşdi..
Mən sanki yazıçısı ölmüş yarımçıq poema,
Mən sanki daşlaşmağa məhkum ölümcül arena..
Mənim ovucumda qan izlərini yalayıb baxışların,
Ən müqəddəs günahım ol, Mariya Maqdalena..

Məni çarmıxa çəkin, dar ağacından asın,
Bağlayın dəmir yoluna, boğun, damarlarımı kəsin..
Dərimi soyun mənim, göndərin sürgünlərə,
Siz ancaq öldürəndən sonra qiymət verirsiz, hə?!
Həqiqət axtyarışlarında günahlara batdım,
Sevgisi [bad word] uçur alova pərvanələr..
Məni çarmıxa çəkin, dar ağacından asın,
Ancaq bu cür yaranır qəhrəmanlar, əfsanələr..

Görəsən necə dadar qanla qum?
Həyatın pərdə arxasında kimlər unudulub?
Uşaq arzusu qədər təmiz gözlərinə baxdım,
Onların dərinliklərində mən özümü tapdım..
Dörd divar fəlsəfəsi, köhnə qramafonda retro,
Keçmişin traektoriyasında nə qədər əyri vektor..
Piyada addımların sonsuzluğuna qarışdıqca,
Həyat düzəlmir, sadəcə düz görünür alışdıqca..
Elə bil səhv qamma, obyektivdə “ne fokus”,
Taleyin dostlarından gəldi dar günümdə korpus..
Bu nə Qarsiya Markez, nə yüzillik tənhalıq,
Sadəcə baş verənlər tanış sujeti xatırladır..
Saatın əqrəbləri sancır zaman zəhərilə,
Nəyi çatdırmaq istəyir Allah öz əsərilə?!
Mən kiməm, lənətlənmi, ya müqəddəs insan?
Şeytan baxışlı mələk, mələk qanadlı şeytan..

Məni çarmıxa çəkin, dar ağacından asın,
Bağlayın dəmir yoluna, boğun, damarlarımı kəsin..
Dərimi soyun mənim, göndərin sürgünlərə,
Siz ancaq öldürəndən sonra qiymət verirsiz, hə?!
Həqiqət axtyarışlarında günahlara batdım,
Sevgisi [bad word] uçur alova pərvanələr..
Məni çarmıxa çəkin, dar ağacından asın,
Ancaq bu cür yaranır qəhrəman
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Осень по тебе плачет  Сати казанова потустороняя  Они бо  NIKA АллилуйЯ  История любви песня  Самолеты земфира  Меган  Brown Eyed Girls Bloom 
О чем песня
☾⋆H.O.S.T☾⋆ - Qan ve Qum?
2020 © Tekstovoi.Ru Тексты песен