[Prizma] (исполнитель: [H.O.S.T| Aid, Promete])
[bad word] PRoMete) Bu səhnələr aman nədir bilmir Açılır pərdələr, alın təri kəsilmir Mikrafon əllərdə, sözlərimiz dillərdə Üzümüz az tanınır, verse`lərimiz əzbərdə(x2) (Verse1: AiD) Düz məsafə mikrafonla qoy olsun hər zaman arada Demə ki, rep yazmaq baxmır nə ağıla, biliyə, savada Qulağın məndə indi burada amma ki, beynin hələ də havada Dəyirman production HOST tərkibi tənqid dilimizdə hətta yatanda Bu beat bizi fəth etdi, bizi belə dəli hərdən dirilən dərd etdi Siz çox zamanı yalanın tavanından asıb dediz bizi mərd etdi Biz həm sərt, həm yumuşaq mətn Beyinlər qurban, tracklər qətl Kim düz sözə görə bizi sevdi, kimə çox girdi ki, nifrət etdi Lütdən gəz, damara narko, bura Avropa, bizə embarqo Düz stil qalstuk, kostyum Lacoste Beyinə gəlir ağıl via kargo Kim çılğın, kim özünü gözə soxur Kim "ağıllı uşaq" daim sözə baxır Kim iylənib, çox-çox pis qoxur İçindəki zibil burnundan axır Kim söz üstə, kim səhv üstə Kim qatil, kim cəmiyyət üstə Kim haqq-ədalət, kim şər üstə Kim var-dövlət, kim pul istər Yarımçıq fikirlər arxasında qalan həqiqətlər mənə doğmadı Amma mənim özümə güvənim mənim ümidimi, dar günümdə də tək bıraxmadı [bad word] PRoMete) (Verse2: AiD) 3 il staj, yüzdən çox track Çox sayda görüş, bir neçə konsert Ətrafda yüzdən çox HOSTçu vaxt keçdikcə üzə çıxdı Kütlə arasından dolğun baxışlar, seçilir lap min nəfər olsa da Bataqlıqdan da yer üzünə çağırışlar hədəfə çatdı yaxadan tutsa da çoxu Bu izahatdı, deyil fəxriyyə İstədiyimiz düz tərbiyə Səhv beyinlər səhv yerə yozdu Bir neçə düz beyin vardı fərqinə Hater`lərə biz çox fora verdik Uşaq-muşaqları daim yola verdik Düşmənlərlə qol-qola verdik,onların içini yaxından bilməkçün Kütləmizdən istifadə, ağlınızdan belə keçirtməyin "HOST gəncliyinin sayı azalıb?" bunu arzulamaqdan belə vaz keçin Bizə gərəkdi [bad word] gənc Mütaliə, mənəvi inkişaf Keçmişində olubsa belə iyrənc yol Bağışlanar etsə etiraf Tap paradoks bizim sətirldə Öldür vaxtını bizim mətnlərdə Sən yerində say biz gedək irəliyə Xırdala keçmişi biz-yol gələcəyə Sən qoy tərəziyə sağ yol, sol yol Hesabla hardadı mənfəət [bad word] "Track sözləri" Bax bil ki, ordadı səltənət