Отсутствует (исполнитель: Неизвестен)

Gözlərin iki okean, göz yaşların aysberq,
Mən içində kiçik balıq..
Hələ bitməmiş bir roman, povest, hələ başlaya bilməmiş bir nağıl,
Yenə yaralıdı qanadlar, uça bilmirəm sənsiz,
Necə [bad word] ayaqlar, qaça bilmirəm, səndən..
Məni bağışla, tərk et, tez get,
Sevgim qaralama dəftəri, sən yaralarıma dərman zamandan yaxşı,
Qəlbim qorxaq uşaq, kim deyir acı həqiqət şirin yalandan yaxşı?!
Bakının boz küçələri, sentyabr, biraz külək, arabir yağış,
Bəlkə öləcək sevgimiz, amma qoy hələ yaşasın mahnımız..

Bütün arzularımıza da buz, nə qalar məndən sənə iz?
Bir ürək, bir alov, bir köz, biraz döz, biraz döz..
Yaz bir məktub, ya da bir söz, bir soyuq baxış, ya da hiss,
Artıq mən və sən deyil biz, sən mənsiz, mən sənsiz..

Gecə gündüzə qarışıb, sən yoxsan, otaq boşdu, zəng gəlmir..
Buz döşəmələr, pəncərəm, pərdəli,
Sənin incə əllərin, sənin incə əllərin, məni isidərdi..
Kobud qollarım səni [bad word] #305;,
Şirin sözlərin məni yaşadardı..
Keçmişə bir günlük qayıdardım, mən qayıdardım..
Dəyişərdim, tanımazdın,
Kaş mənim həyatımda heç olmazdın..
Kaş ləpələr sahilə gəlməzdi,
Kaş sahil dənizini sevməzdi..
Onda dalğalar da geri dönməzdi,
Bala balıqlar [bad word] ölməzdi..
Qələm əllərimdə kül olsa, da gülmürəm,
Sənsiz ölərəm deyirdim, amma ölmürəm..

Bütün arzularımıza da buz, nə qalar məndən sənə iz?
Bir ürək, bir alov, bir köz, biraz döz, biraz döz..
Yaz bir məktub, ya da bir söz, bir soyuq baxış, ya da hiss,
Artıq mən və sən deyil biz, sən mənsiz, mən sənsiz..

Dəli küləklər son məktubunu əlimdən aldı,
Yenə tək qaldım, yenə sənsiz həyatım olub mənə zindan,
Yenə sən, yenə qan, yenə QaraQan..
Yenə əlimdə parçalanır ümid,
Yenə dənizimə büründü dumanlar,
Yenə yalanlar, yenə yalanlar..

Dəli küləklər, bizim içimizə son bahar gələcək,
Yenə töküləcək yarpağı sevginin,
Yenə yağacaq yağışlar, qarışıb göz yaşına..

Sevmirəm, sevmirəm..
Necə qorxuram sevdiyimi deməkdən, aman Allah..
Bilmirəm, bilmirəm..
Niyə səni belə sevirəm, sevirəm, mən sevirəm..

Bütün arzularımıza da buz, nə qalar məndən sənə iz?
Bir ürək, bir alov, bir köz, biraz döz, biraz döz..
Yaz bir məktub, ya da bir söz, bir soyuq baxış, ya da hiss,
Artıq mən və sən deyil biz, sən mənsiz, mən sənsiz..
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Sukhwinder singh  Far away c clown  Chris Jane - The Only One  Парка акулы на прогулке  Taki Chino y Nacho  Bagi Jalgiz Mahabbat  У нас взаимная любовь  MainstreaM One -помнить о тебе 
О чем песня
Неизвестен - Отсутствует?
2020 © Tekstovoi.Ru Тексты песен