Prelud (Utopiya) (исполнитель: Qaraqan)

H.O.S.T Lyrics
▼
16 October 2010
Prelud
(skit:Qaraqan)
Əvvəlcə Allahdan həyat istədim 
O mənə qaranlığı verdi 
Sonra Allahdan işıq istədim 
Həmin gün mən doğuldum 
Amma bu işıq çox parlaq oldu 
Və mən qorxdum, ağlamağa başladım 
Allaha yalvardım ki, məni [bad word] 
Elə həmin dəqiqə anam məni qucaqladı 
Və mən sakitləşdim, sonra Allaha şükür elədim 
Onda Allah mənim gözlərimi açdı 
Başladım gülməyə, sonra böyüməyə 
Hər kəs kimi, və bir gün, bir gün 
Allahdan xoşbəxtlik istədim 
Amma səs gəlmədi 
Yenə dua etdim, yenə də xoşbəxtlik gəlmədi 
Onda anladım ki,xoşbəxtliyimi özüm tapmalıyam 
Və başladım axtarmağa 
Gücdə,şöhrətdə,qızılda,kitabda,elmdə 
Hər yeri gəzdim,dolaşdım 
Hər kəsdən [bad word] dum 
Amma hər dəfə insanlar mənə səhv yolu göstərdilər 
Və hər dəfə xoşbəxtlik sandığım qapıları 
Var gücümlə döyəndə 
Qapıları açan olmadı 
Açılanlarda da xoşbəxtlik olmadı 
Tapa bilmədim və [bad word] başladım qayıtmağa 
Yolda qoca, müdrik bir dərvişlə rastlaşdım 
Və dedim : Xoşbəxtlik yoxdu 
O isə dedi : Sən onu qıraqda axtarırdın 
Amma xoşbəxtlik sənin içindədir 
Mən inanmadım,onda dərviş əlimi götürdü 
Və sinəmə qoydu 
Dedi : Qulaq as,döyüntünü eşidirsən 
Bu sənin xoşbəxtliyindir qapını döyür 
Elə isə aç qapını... 

(verse:Qaraqan)
İllər keçər ağrılar bir gün mənə yuxu kimi gələr unudular 
Hər acı, hər kin, düşmənlər olar uşaqlıq dostu 
Ya da uzaq tanış, dalaş-barış 
Hər nağılın sonu başqa bir nağılın başlanğıcı 
Dəyişmir heçnə, dəyişən bircə divar təqvimimdəki yarpaqlar 
Mən sularda tənha dənizçi, sən [bad word] düşmüş qızıl balıq 
Həyat sınıx-salxağ bir körpü, ciynimdə çuxam, ayaqlarda çarıq 
Gedirəm neçə qəlbim yurdundan qovuldum düşmən kimi 
Neçə qəlbə dəvət aldım, getmədim, yaşadım gördüm mən insan kimi 
Kitab arası [bad word]  kəpənəylər kimi 
Neçə ölü gözəllik məni aldatdı 
Elə gün oldu ölünü də güldürdü 
Elə gün oldu təlxəyi ağlatdı 
Əhsən deyib güzgüdə əksimə güc verdim  [bad word] verdiki yenidən qalxım 
Yenidən qalxdım, ayaqlarımın üstündə özüm durmuşam 
Bugündə mən bitmiş bir payız kimi 
Birinci qarın həsrətində 
Küləylərimi şimaldan saldım 
Buz şəhzadəm qismətimdə 
Kaş bir günü qeybətsiz başa vuraq 
Kaş bir gecə kabussuz yata bilək 
Kaş [bad word]  sevilək, sevgisi bitəndə 
Biz də sevgini keçmişə ata bilək 
Əl verin mənə dar günə xilasgar ip verin 
Məni içimdən alacaq yol verin 
Mənə yoldaşı çox olan dost verin 
Məni qardaş çağıracaq gün verin 
Mənə dünəndan fərqli güc verin gücsüzləri [bad word] 
Söz verin mənə qəlbinizdəki qorxu bataqlığı bir gün [bad word] 
Dən verin ağ göyərçinlərə pəncərələrinizə dadansınlar 
İmkan verin içinizdəki tələlər qəfəslər parçalansınlar 
Azadlıq qarışsın qoy hər nəfəsə hər ürək alovlansın 
Bugün elə bir şey edin ki, bir ildə on ildə keçsədə yadda qalsın...

vuqar.hosted at 02:20
Share
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Видео к песне:
Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Jastin bieber love me  Эльбрус Джанмирзоев - Моя маленькая  883 nord sud ovest est  Costi Ionita  Не повезло любви  После первой и второй  А ты не знаешь её 9 грамм 
О чем песня
Qaraqan - Prelud (Utopiya)?
2020 © Tekstovoi.Ru Тексты песен