Buşon (Ft. Məl'un) (исполнитель: Chono)
Chono: Bəlli səmtim cüt səbir sətrimə gətirim ki Kim bəslər xəttimə kin, mən yazıram xəttim əkir Ayaqlar ölümə çəkir ki, sən önümdən çəkil Kir əllərin ki, səhvlərin bir yox iki Gizlənib dilin altda Dili uzatma, dili qatla Sətrim Ərəfatdan, rap-im tələbatda Düzlən! olmadı, dayan elə farağatda Qələmim ağır həm həlim yazır Çənədə deyən dilim, mənim vuran əlim yazır Tüpür dabana amma tüpürmə içdiyin qaba Sancar gecələr daban, mənim səsim qaba Dövrana pay kimiyəm, Mövlanə ay kimiyəm Bəlkələrin lakiniyəm, gecələrin sakiniyəm Lallara kar kimiyəm, karlara kor kimiyəm Cənnətə yol kimiyəm, deyən dilimə qol kimiyəm Məl'un: إيّاك إن, إليكَ عنّي vəssalam Assalam Aleykum, Aleykum Assalam Salam dinləyici, yetişməyən üzdə kal Sizlər üçün Mərdümgiriz sabah filan, bəsməkan Mərd olun mərd, biraz ciddi, biraz da sərt Məlun qəliz yazır, əlim təmiz bilhas da şərt Yalan və şər üzdə verir yaman nəşə Səni bilən bilir, məni cahan, bəşər! Nəsimiyəm, həm Mərdümgiriz Məsihiyəm Dövr nəsibiyəm, mən yaradılışın nəsihiyəm Müsəlmanın sələfiyəm, Cəfəriyəm, Ərəfiyəm Ənə nöqtətu təhtül-ba Allahın hərəfiyəm Siz bla bla yazın, yazım mənsə həqiqəti Ağı qaraya qarışdırıb parçalaram rəqib ətini Sən hələ yerində say, say yat uzan köndələn Mən sensei Miyamoto, mən Yakuzanı göndərən