Sus ve Dinle (исполнитель: ♥♥♥ /SevenUrek ♥♥♥ AiD (HOST))

[ [bad word]  AiD ]
Dinlə!
Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər!
İzlə!
Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər!
Sözdə, hamı oğuldu, əməldə batmağa başladı, boğuldu dəryada!
Qələmdə, sözüm əlimdə, yenə mikrafonla tut nəğməni dilimdə!

[ verse - 1: AiD ]
Biz qara günü yara bilib, repimizə dərdi salıb, şan-söhrətə daş atdıq!
Öz dilimizi belimizə yük bilib, əlimizə qələm alıb içimizi boşaltdıq!
Çox gözlərin üstünü qaraltdıq, üstəlik də zülmətə sadiq çıxdıq!
Çox çirkabın içinə girincə, cəlb edildik, amma sona başı dik çıxdıq!
Dəstə-dəstə dəsti xətt üstə, dava salanlar xəstəmi çıxdı?!
Nifrət içdə, üzdə gülənlər, sözünün altından üstəmi çıxdı?!
Yenə dastan, nağıl qoşanlar qoşuldu bizlərə, içdən dağıtmağa!
Yol göstərin səhv düşən axmağa, şansları yox belə gizlin baxmağa!

[ [bad word]  AiD ]
Dinlə!
Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər!
İzlə!
Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər!
Sözdə, hamı oğuldu, əməldə batmağa başladı, boğuldu dəryada!
Qələmdə, sözüm əlimdə, yenə pərt edildi neçə üzlər dilimdə!

[ verse - 2: AiD ]
Sözü yarı yalan, yarı [bad word] deyə-deyə!
Kimi başa salır öz oğlunu döyə-döyə!
Həyatda quldu hamı, çoxu bunu bilə-bilə!
Yan yörəsin söyə-söyə, sığmır özü yerə-göyə!
Hiss edə biləcək, kim dözə biləcək?!
Çox söz deyiləcək, az tuta biləcək!
Məntiq dibdədi, dibdəki görünəcək!
Dərk edəcək - boş keçmiş!
Gələcək yox olar, çoxları həqiqəti bilsələr!
Gözün aça-aça təbiəti sevsələr!
Yenə bizi yolun üzü boyu düzə qoyub
İzi salıb ardımıza, qanımızı içsələr!
Mənə qalan əqidədi, həmdə əbəbidi!
Kimsə bizə dedi hərəkəti səviyyədi!
Repin özü düz söz, dilə möhürdü!
Qəribədi bizi belə bilib, üzümüzə gülüb, arxamızda ayrı cürdü!
İndi tələbəliklə dərəbəylik arasında bircə mərtəbə!
Bizdə məna qalın, amma toxunur incə mətləbə!
Sözdə yarana biləcək hər hansı bir səhv düşüncə!
Sıralama hazırdı, sadəcə sus və dinlə!
Biraz tənəffüs və passiv mübarizə!
Biraz tərəddüd və geriyə çəkilmələr!
Biraz tənəzzül və hamı gülür bizə!
Sonda tərəqqi - gülən sonda gülər!..

[ [bad word]  AiD ]
Dinlə!
Necə gecələri küçələrə sata-sata kimləri aldadıb illər!
İzlə!
Yenə bizləri dizlərə döyə-döyə əzbərə söylədi dillər!
Sözdə, hamı oğuldu, əməldə batmağa başladı, boğuldu dəryada!
Qələmdə, sözüm əlimdə yenə yat, yenə bat - tənqid edim dilimdə!
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Кравц -обнуляй  Виталий Леонов  Самая желанная  Герой кузбасса  Наруто 4 оппенинг  Калина калина  Моряк газманов  Всё будит хорошо 
О чем песня
♥♥♥ /SevenUrek ♥♥♥ AiD (HOST) - Sus ve Dinle?
2020 © Tekstovoi.Ru Тексты песен