Proza (исполнитель: H.O.S.T. Alliance)
Sənin gözlərində boğuldum, Payiz zərif küləklə siğal çəkdi, Gecəyə ilk xəzanla doğuldum. Boş parkın hönkürtüsü, Yaş asfalt bir az xəstə, Yagiş da incə qəddar Qırıq ürək boş qəfəsdə! Sökülmüş arzuların xarabasında, Arası kəsilməz gülüşlə Ağlıyırdı kor rəssam şikəst atlar arabasında. Sən də başqa, mən də başqa Dərd də, qəm də başqa Yaddaşim sanki bir şer kimi cızıldı daşda! Küçələrin qaranliginda çox sağol ki, bir mələk kimiydin, Saçlarin ipək kimiydi, Sözlərin külək kimiydi, (Çox saol) Qəlbimin düzənliyində bir bulaq kimiydin, Amma çox isti, çox duzlu çox tozlu Manikenlər Vitrində göz yaşıyla Ölülər qucaqlaşır Yuxularında başdaşıyla 90 illik keçmişimlə 20 yaşda neyniyim əllərim bağlı, qarğalar ciyərimi çeyniyir! Heç nə demə danisma,bəsdi, heç nə [bad word] ma Kim günahkar, sən günahkar, mən günahkar Gecə günahkar, gün günahkar Dərslər günahkar, Payız, şeir-dəftər günahkar Bəlkə də oxuduğum kitablarla dolu rəflər günahkar Incə-incə kəs damarlarimi iç qanimi sevgilim Artiq sevmirəm, sən də sevmirsən Sehrli bir nağıl Səni unutmaram, məni unutma sən Gizləmə, Göz yaşın qoy axsın, onu [bad word] sən Nəqarət: (2x) Məktublar və tozlu şəkillər yanır, əllərimi Qızdıran ocaqda, ümid uzaqda, içimdə şaxta Ölmüş [bad word] hərdən gəzir bu qaranlıq otaqda Sənə nifrət etdim, həm də sevdim qəzəbsiz Pəncərəyə yağış damlıyır, gözəl səssiz. Kül ocaqda, yastıq qucaqda Darıxdın, güldün, ağladın gecə səbəbsiz * * * * * Küləklərlə dərdləşirdi qatarın tüstüsü Uzaqda baharın istisi Çox soyuq yanaqlarımda Buz bağladı donub qalan o göz yaşı Yadına sal, arzularda ölmək Eyni gündə ikimizə bir baş daşı Və eyni gündə öldük Sən mənimçün, mən səninçün özgə oldun Sən mənimçün, mən səninçün Bəlkə xəstəlik səbəb Bəlkə mələklər paxıl Amma mənə demişdilər ki sevgi qəlbə çiçəklər taxır Evlənək demişdin, Uşaqlıq necə gözəl və nə qədər sadəlöhv Qaçaq demişdin Qanadlarımızı açıb uçaq demişdin Hər şeyi demişdik Gizlədiyimizi gözlər demişdi, Dumanlar gizlədəndə yerimizi İzlər demişdi Restoranlar, Rəqsimiz Sevgililər günü, Ümidlər yanır günəş kimi Ümidlər sönür Ay işığı nur