Bu Sadece Heyatdir (исполнитель: Okaber)

[Bu sadəcə həyatdır]

Eşitdim inandım, gördüm inanmadım.
Bu sadəcə həyatdır, gedirik dayanmadan.
Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən,
Səs çıxar tək əldən, hər şey asılıdır əməldən.

Əvvəl İçərişəhər bizim idi ser, indi sizin,
Yəni şəhər bizimdi, amma içərisi ingilisin.
İndi Qəddafiyə çökdü, əvvəl Səddamın İraqına,
Qorxuram sonra girər bizim maşının da bakına.
70 il çaşdıq qaldıq, bizə niyə kommunist deyirlər,
Əvvəl müsəlman idik, indi terrorist deyirlər.
Özümüzü öyürük, deyəndə risovka bəyənirik biz,
Əvvəl namaz qılırdıq, indi maska geyinirik biz.
Əvvəl inanmadıqlarımıza indi inandırırlar,
Əvvəl Quran oxuyurdular, indi yandırırlar.
Əvvəl sələm götürürdük, indi kredit götürürük,
Özü də bankdan faizlə çeşid-çeşid götürürük.
Əvvəl bazarlıq eleyirdik, indi shopping eləyirik,
Əvvəl idman, indi çox vaxt doping eləyirik.
Əvvəl adətlər var idi, indi toylar efirdə,
Yatar, durar, içər, vurar hətta soyunar efirdə.

Eşitdim inandım, gördüm inanmadım.
Bu sadəcə həyatdır, gedirik dayanmadan.
Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən,
Səs çıxar tək əldən, hər şey asılıdır əməldən.

Əvvəl Cavid Məlikməmməd, Coni oxuyurdu Piter Pen,
İndi Aşot Məlikməmməd, Cavid oxuyur Piter Pen.
Sarı gəlini apardılar, biz blondinka axtarırıq,
Ayka, Nurka, Narka, Simka, Cinka axtarırıq.
Əvvəl adımız bəs idi, indi lazımdı CV,
Əvvəl "Спокойной ночи малыши", indi REN TV.
Əvvəl kinoteatrda "аншлаг" gələndə təzə kino,
İndi kinoteatr, çayxana, hər gün çay, domino.
Əvvəl düz danışmalıydın, çünki düz yaşamalısan,
İndi düz yaşamaqçün yalan danışmalısan.
Özü də yeri gəldi-gəlmədi, yalan adətən danışırıq,
İnsanın gözünün içinə baxıb bədahətən danışırıq.
Bu gün varsan, sabah yox, qərb bu fikrə yaxındır,
Əvvəl Ben Laden lazım idi, indi qələmi sındı.
Yaşadığımız kainat eyni zamanda qazamatdır,
Ben Laden də anlamadı bu sadəcə həyatdır.

Eşitdim inandım, gördüm inanmadım.
Bu sadəcə həyatdır, gedirik dayanmadan.
Əvvəla baxıb əvvələ, əvvəlcə danış əvvəldən,
Səs çıxar tək əldən, hər şey asılıdır əməldən.
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Видео к песне:
Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Glee Cast Give Up the Funk  Tokyo Girl  Песня про директора  Glee Cast Science Fiction Double Feature  Reich mir nicht deine Hand  Warszawa  Смерека 
О чем песня
Okaber - Bu Sadece Heyatdir?
2020 © Tekstovoi.Ru Тексты песен