Denizin Intihari (исполнитель: Okaber)

Atasan bu dənizə özünü, o qədər boğulasan ki,
Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni.
Ancaq yuxularda gələsən görüşlərə,
Ya da ki, içdiyin zəhrimarlar [bad word] səni.
Atasan bu dənizə özünü, o qədər boğulasan ki,
Fəryadın qovuşsun haraylara,
Son dəfə həsrətlə baxasan qağayılara.
Atasan bu dənizə özünü, çırpılasan qayalara.
Yazdığın bütün şeirləri də yırtıb aparasan,
Bu yarımadanın bağrından natamam qalan
Bütün sevgiləri də dartıb aparasan.
Atasan bu dənizə özünü heç kəslə barışmadan,
Güvəndiyin dağların qarı dumana qarışmadan,
Varlı-kasıb yarışmadan, çıxartmadan təmizə düzünü.
Siqareti yarım çəkib atasan bu dənizə özünü.
Mavilərdən iyrənib, dostuna çevirəsən mavi ləpələrin.
Görəsən ki, mavi dalğalar necə səpələnir.
Təpələrin külə döndüyü yerlərdən uzaq qaçasan.
Hündür bir yerdən uçasan yuxarı, sonra aşağı.
Pıçıldayasan bu cümləni "sən varsan, varam, sən yoxsan, yoxam"
Necə də gülməli…
Atasan bu dənizə özünü [bad word] toxunmadan
Onsuzda yox olmusan, daha da yox olmadan.
Dostlarla da artıq getməyəsən çiyin çiyinə
Bir də həmin saçların ətrini dəyişəsən dəniz iyinə
Dərin nəfəs alıb, hər kəsdən qisas alıb ölümlə həyat kimi.
Onunla mən Məkkə və Mədinə, Dəclə və Fərat kimi.
Onsuz da, əbədiyyət heç vaxt sevməmişdi əbədiləri. (heç vaxt)
Bizimsə dualarımız açıq havalardan titrədirdi müqəddəs sayılan məbədləri.
Atasan bu dənizə özünü, heç kəs oyanmadan,
Sübh namazından öncə, azan dayanmadan,
Yağış yağmadan, ya da yağış əvəzinə
Daş yağmadan, [bad word] oduna yaş yanmadan.
Yalanlarla baş aldadan cəmiyyətdən uzaqlaşıb atasan bu dənizə özünü.
Sevgiləri də saxlayasan salam-sağollarda.
Əlvidalara çatmamış saxlayasan yarı yollarda.
Mən isə darıxdım, səslədim səni,
Yemək sırasını səbirsiz gözləyən kimsəsiz uşaq kimi
Səbirsiz gözlədim səni.
(Atasan bu dənizə özünü)
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Видео к песне:
Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Кто ты сука  Dozer Feelgood Formula  Dozer The Exit  Broke Modest Mouse  Давай забудем все обиды  Dozer Crimson Highway  Dozer Lightning Stalker  Dozer The Ventriloquist 
О чем песня
Okaber - Denizin Intihari?
2020 © Tekstovoi.Ru Тексты песен