Mən küləyəm (исполнитель: Miri Yusif)

Mən ölsəm, yox olsam
Çinar kimi solaram
Bilsəm ki, xoşbəxtsən
Bəxtəvər olaram

Amma unutma ki mən qayıdaram
Ötən günlər limanına
Ordan yuxuna qonaq gəlib öpüb oyadaram

Mən küləyəm, mən küləyəm - məni sınama
Mən özgəyəm, mən özgəyəm - məni saxlama
Cənnətdən qovulmuş şeytanam - məni qınama
Mən küləyəm, mən küləyəm - məni sınama

Necə qaranlıq, necə sükut var
Bura kölgələr ölkəsi
Bura öz dünyam, bura çox viran
Bura çağırmam hər kəsi

Bəlkə bir gün yenə mən qayıdaram
Ötən günlər limanına
Ordan yuxuna qonaq gəlib öpüb oyadaram

Mən küləyəm, mən küləyəm - məni sınama
Mən özgəyəm, mən özgəyəm - məni saxlama
Cənnətdən qovulmuş şeytanam - məni qınama
Mən küləyəm, mən küləyəm - məni sınama

Səsimin qəmli notlarısan sən bunu anla,
Səmalara açılmış qanadımsan yadında saxla,
Könülsüz, qəmli otağımsan - günəşim olma
Mən küləyəm, mən küləyəm - məni qınama
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Видео к песне:
Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Death Grips The Fever  Death Grips Lost Boys  Death Grips Blackjack  Death Grips Hustle Bones  Death Grips The Cage  Death Grips Hacker  Death Grips Guillotine  Death Grips Spread Eagle Cross the Block 
О чем песня
Miri Yusif - Mən küləyəm?
2020 © Tekstovoi.Ru Тексты песен