Salam Can (исполнитель: Heyatin Menasi H.O.S.T [ Qaraqan ])

Hərdən kömək eləyə bilmir şade
Hərdən musiqdə tapa bilmirəm sevgimi hərdən..
Elə bil çəkilmir yaxşı filmlər ki, onlara baxanda yadımdan çıxasan bir günlüy sən..
Hərdən bahalı geyimdə istəyirəm ağlayım..
Və düşüb küçələrə ayaqyalın dillənim sevgi..
Hərdən bəs eləmir bir barmaq ki, şəklinin üstündə basa bilim “iksi”..

Köməy eləmir nə qələm nə kağız... tanış gəlir gəzdiyimiz bütün küçələr.
Köməy eləmir nə dua nə qarğış geri gəlmir itirdiyimiz gecələr....
Səni axtarıram, axtarırsan sən amma taley çətin bizi görüşdürər.
Geri dönməz, gülüşlər, baxışlar, öpüşlər...

Salam can Necəsən? Necə dəyişmisən..
Yadıma düşür keçmiş günlərimiz hərdən..
Hə işləyirəm..hə səndə işləyirsən..
Bəs sevgi.. yoxdu hələ? Elə mən də təkəm..
Qəribə təsadüf görməyimə şad oldum..
Özünə yaxşı bax evdəkilərə de salam..
Köhnə nömrədəsən, bir gün görüşəy bəlkə..
Yada ki, yox, üzr istəyirəm....çıxart yaddan

Hərdən köməy olmur qızlar və fahişələr..
mən özgə qucaqlarda darıxıram gözlərinçün..
hər gün smslər, zənglər, dolu komentlər..
Amma mən darıxıram sənin qırıq sözlərinçün..
Hərdən köməy olmur, pul..köməy olmur dost
Hərdən köməy olmur rep köməy olmur Host
Bakı dönüb olur darısqal bir otaq..və payız..
Bizi çıxardır tez-tez üzbəüz......

Salam can Necəsən? Necə dəyişmisən..
Yadıma düşür keçmiş günlərimiz hərdən..
Hə işləyirəm..hə səndə işləyirsən..
Bəs sevgi.. yoxdu hələ? Elə mən də təkəm..
Qəribə təsadüf görməyimə şad oldum..
Özünə yaxşı bax evdəkilərə de salam..
Köhnə nömrədəsən, bir gün görüşəy bəlkə..
Yada ki, yox, üzr istəyirəm....çıxart yaddan
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Доченька я тебя люблю  2012зима  Дурак  Ай хай хай  Я больше не твоя Алиса Мон  Ведь мы два берега одной реки Вадим Казаченко  Clumsy  Дай нам 
О чем песня
Heyatin Menasi H.O.S.T [ Qaraqan ] - Salam Can?
2020 © Tekstovoi.Ru Тексты песен