Divane (2012new) (исполнитель: Azeri Kizi Gunel)
Sən mənim varlığım , sən canımsan canım Sənsiz heç bir anım ,belə bir dəqiqəm , saniyəm yox Sən mənə bir xəyal , mən şirin röyayam Başqa bir dünyayam , elə bir dünyayam ki orda qəm yox Sənsiz gecələr , mənə həmdəm oldu sənli yuxular Oda çox az olar , gözümü açan zamanda yox olar ! Sənlə mən biri birin seviriksə yoxdu qorxumuz Tək budur arzumuz , belə ayrı ayrı qalmayaq biz Məni eşqin çöllərə salıb , dəli oldum mən divanə Sənli günlər , şəkillər qalıb , mənə səndən bir nişanə Bir birimizdən uzaq , mən səhər , sən gecə Qovuşaydıq biz necə ? bunu bilmirəm mən , bilmirəm mən ! Yuxumda görmüşəm , uzadıram ələ sənə Və deyirəm gəl mənə , niyə gəlməyirsən ? gəlməyirsən ? Sənsiz gecələr , mənə həmdəm oldu sənli yuxular Oda çox az olar , gözümü açan zamanda yox olar ! Sənlə mən biri birin seviriksə yoxdu qorxumuz Tək budur arzumuz , belə ayrı ayrı qalmayaq biz Məni eşqin çöllərə salıb , dəli oldum mən divanə Sənli günlər , şəkillər qalıb , mənə səndən bir nişanə Məni eşqin çöllərə salıb , dəli oldum mən divanə Sənli günlər , şəkillər qalıb , mənə səndən bir nişanə