Adinla bagli (исполнитель: Miri Yusif)
Alnımın qırışları, həsrətin naxışları, Kölgədən baxışlarım - adınla bağlı. Ömrümün maraqları, çiynimin günahları, Bu romanın varaqları - adınla bağlı. Səmada günəş, deyir: "bir azda fikirləş", Səmada bulud, deyir: "sən tez onu unut" Səmada yağış, ağlayır narın-narın.. Səmada uçur, aşiq quşların qatarı. Açılmaz qaranlığım, tikilməz viranlığım, Qeyb olan cavanlığım - adınla bağlı. Ən ağır ümidlərim, bar verməz söyüdlərim, Oğluma öyüdlərim - adınla bağlı. Səmada günəş, deyir: "bir azda fikirləş", Səmada bulud, deyir: "sən tez onu unut" Səmada yağış, ağlayır narın-narın.. Səmada uçur, aşiq quşların qatarı.