Qar yağır (исполнитель: Qaraqan)

Albom: Qısa Qapanma
Trek: Qar
İfaçı: Qaraqan

Qar yağır, yorğun gözlərimdə keçmiş günlərin arxivi,
Damabacaları tüstülü, insanlardan qaçmaq elə bu qarlı qış günü..
Məni gizlət doğmalardan, onlar ən çox sevgimi gəmirənlərdi,
Məni gizlət hər kəsdən, məni ən az axtaranlar itirənlərdi..
Qar yağır, aç pəncərəni, qoy bu şaxta ciyərləri isitsin,
Çiy kərpicdən tikilmiş bu qəlbim qəlbimin hissini diriltsin..
Ya da Kiyev, birtərəfli qatarla uzaqlar, həmin uzaqlar,
Yenə düşmənlər, iti gülüşlər, amma qucaqla, yenə qucaqla..
Yenə sevgi filmlərinə baxmaq sənsiz,
Necə soyuq sənsiz, necə boşdu mənsiz gündəliyin sənin..
Soyunub budaqlar, yenə uşaqlar bağçalarda qartopu,
Bu şirin səs-küydə yox olaydım,
Kaş məndə bu qar dənələri kimi kiçik olsam belə, çox olaydım..
Tək qalmaqdansa..

Qar yağır, sonsuz yollarımıza bəyaz mirvari ümidlər,
Yenə qar yağır, niyə göz yaşlarını sevdim daha çox gülüşündən?
Yenə qar yağır, bəlkə göylərdəkilərin ayaq altındakı tozdu bu,
Yenə qar yağır, buz dodaqlar qaldı yaddaşımda son öpüşdən.. (3)
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Видео к песне:
Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
220 вольт мара  Давай дерзай  Дед мороз к нам приходил  Lirik Я буду с тобой рядом всегда  Nasty Girl Remady Remix The Nycer feat Deeci  Дети зубы берегите Маша и Медведь  Печальный клоун флер 
О чем песня
Qaraqan - Qar yağır?
2020 © Tekstovoi.Ru Тексты песен