#Чёрная роза (ft. Xəzər Azadbəyli) (исполнитель: Pranga)

Sözləri:- 

(Verse 1) 
Nə gözəl qocalmısan sən.. 
nə qədər qocalsan da o gözəl üzün yaddaşımda yaxşı qalıb..
Saçlarında payız yağışı qalıb.. 
Sən gedəndə anladım, gedişi ağır olur yaxşıların.. 
mən isə köhnə mənəm.. biraz soyuğ, biraz ağır.. köhnə palto, portsiqar və üzümdən zəhrimar yağır.. 
bilirəm əzizim, sən məni heç sevmədin..
Amma bilirsən - mən səni çox sevdim axı..
payız yağışlarında sevdim.. örtülüb o izlər indi.. [bad word] tab gətirmir qan içində bu dizlər indi..
bir Ata şilləsi kimi idin, ağrıdırdın, ağladırdın..  amma yoxluğunda çox özlənirdin.. 

(chours)
Ölümün çöhrəsində..
o söyüd kölgəsində.. 
bir mərmi səsində..
mən səni xatırladım yenə..

(Verse 2) 
Olmadı!  Bacarmadığ! 
Xəstəlikdə, sağlıqda bir yastığda qocalmadıq..
Zamanda ayırmadan yaxşıları və pisləri,
bircə-bircə gömdü torpağ altda əzizləri..
mən irgənirəm mavidən indi, səmadan və dənizdən.. Səndə irgənəndə gəl qaranlığımda gizlən..
indi mənidə kirlədib şəhər, mənimdə tozlanıb dibim.. mən də biraz vəfasızam dostlarım kimi..
kirlənib küləkləridə bu lənətli yarımadanın..
tərk eliyib gedənlərdə buraxır yarım adamı.. 
təklik ağrıdır gecələr ancaq qüssələnirsən..
zamanla alışdığca bir yanıvı hiss eləmirsən.. 
Və tənhalıq alışdığca belimi bükür mənim..
qırılır pəncərələr, çilik-çilik üstümə çökür mənim.. 
parçalıyıb yelkənimi, ümidlərimi dənizə tökün mənim.. Mənə toxunma! özümdən ağırdı yüküm mənim.. 

(Chours)
Ölümün çöhrəsində..
o söyüd kölgəsində.. 
bir mərmi səsində..

(Verse 3) 
İblisin kamanında mələklərin rekviemi..
boşuna gözləmə.. gəlməyəcək gedən o gəmi..
sən də unudulacaqsan, şeirlərdə qalacaq adın.. Qızıl saçlı, qızıl gül qoxan qara paltarlı qadın..
Mən də hissiyatsızam özümü yoxluğa örgədənnən,
sən sarı saçlarıvı yanıva alıb gedənnən..
Yarpağ tökür budağların,  baharı keçir qış gəlir..
zaman ötdükcə can dostlarım eləcə tanış gəlir.. 
Səni də gömdü zaman mənim saçlarımın qarasına..
gözlərimin qarasına..
xatirələrin arasına.. 
sonda [bad word] dispanser nevroterapiya bağırtılarda.. sən yaddaşımda Maqdolena Mariya.. 
Mənim kimilərinin arzuları, duyğusu olmur..
bilirsən, dəlilərin itirmək qorxusu olmur.. 
Mən canlı rekviem.. mən sonunca lakrimoza.. 
sən mənim ən dərin yaram.. #чернаяроза

(chours)
Ölümün çöhrəsində..
o söyüd kölgəsində.. 
bir mərmi səsində..
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Видео к песне:
Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
ЛСП никогда  Ангел А студио  А дождь все капает капает по  Power Of The Light Radio Edit Eurodance - id20720766  Разрушенный Эдем Johnyboy  Justcent кровь  Asriel - Koori no Tsukiyo  Вандета 
О чем песня
Pranga - #Чёрная роза (ft. Xəzər Azadbəyli)?
2020 © Tekstovoi.Ru Тексты песен