Buleyli (исполнитель: [ Niyaməddin Musayev ])
[bad word] azerbaycanmusiqisi Araxçının məndədir, buleyli, Sərmişəm, çəməndədir, buleyli, Aləm gözələ dönsə, buleyli, Mənim gözüm səndədir, buleyli. Qərənfiləm budama, buleyli, Buyur gedək odama, buleyli, Əgər məni sevirsən, buleyli, Elçi göndər anama, buleyli. Pəncərənin milləri, buleyli Açıb qızıl gülləri, buleyli Oğlanı yoldan eylər, buleyli Qizin şirin dilləri, buleyli. Bulaq başı toz olar, buleyli, Üstü dolu qız olar, buleyli, Əyil, dəsmalın götür, buleyli, Mən götürsem söz olar, buleyli.