Istemirem (исполнитель: YaRiM_MəNiM)
stəmirəm LCD ekran televizor, 600 kanal Istəmirəm 8800 polifonik tonal Istəmirəm Adidas Versace Dolce Gabbana Istəmirəm həm dəbli geyim həm dəbli saç uyğun zamana Istəmirəm McDonalds BigMac Pizza Portofino Istəmirəm tuz oğlu olum nə də ki arlekino Istəmirəm villa ömürlük sığorta Istəmirəm qonşu ac olanda gedim kurorta Istəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin Istəmirəm yasım olsun tanımadığım qohumlar gəlsin Istəmirəm populyarlıq şöhrət hamı məndən danışsın Istəmirəm məndən başqa həyatıma kimsə qarışsın Istəmirəm demokratiya Istəmirəm restavrasiya Istəmirəm azad seçki, dünyaya inteqrasiya Istəmirəm qərb mədəniyyəti avropasayağı toy Istəmirəm oğlum desin bir gün “Ata, oldum ‘qoluboy’.” Istəmirəm valideyinlərimin puluyla özümü saxlıyım Istəmirəm yalandan gülüm, ondansa içdən aglıyım Istəmirəm ölüm geciksin ya da ki tez gəlsin Istəmirəm döyüş vaxtı yataqda gözümü baglıyım Istəmirəm gücüm artsın – artsın ondansa cəsarət Istəmirəm pullarda xoşbəxtlik, kağızda ədalət Istəmirəm sevgi xəyanət sonu hamısının Istəmirəm gələcəyimə falçı baxsın Istəmirəm yekəpər bədən ondansa sürətli zərbə Istəmirəm sizdən alqış Istəməyin məndən səhnə Istəmirəm fərqlənmək fərqli görsənmək üçün Istəmirəm yalan hormət içində gizlənmək üçün IS [istiqamətim fərqli] TƏ [tərki-dünya qara dərviş] MIR [miras qaldı mənim keçmişim] ƏM [əmrimə sadiqəm] ( 2 dəfə təkrar) Hər səyfə mənim, mən də səyfənin O, mən, birdə əldə qələmim Söz güclü amma deşməz düşməni Tut baş hərifləri, budur mənim … Istəmirəm dörd təkər ona-buna şou göstərmək üçün Istəmirəm pulla alınmış diplom ağıllı görünmək üçün Istəmirəm yaşayım ömrümü valideyinlərin hesabına Istəmirəm istəməsəm də şahid olum gəncliyimizin halına Istəmirəm şəhərdə hörmət əgər təsbehlə ölçülürsə Istəmirəm cəmiyyətdən qiymət,qiymət geyimə verilirsə Istəmirəm şan-şöhrət özümü gözə soxmalıyamsa Istəmirəm yaxşı oğlan olum çayxanada qocalmalıyamsa [bad word] dilini bilməyənə yuxarıdan aşağı baxılsın Öz dilində güclü danışmaq bombalıq sayılsın Istəmirəm elit olum, McTualetdə formalaşım Istəmirəm sevgilim olsa onunla mərmərli parkda fırlaşım Istəmirəm sevilim, onsuz se