Отсутствует (исполнитель: Неизвестен)
Albom: Qısa Qapanma Trek: İnsanlar İfaçı: Qaraqan Gəl dost olaq, bircə mahnılıq qal mənimlə, Sənə danışacam dərdlərimi, sənə danışacam hər şeyi mən.. Hər şeyi mən.. (2) Onun ağarmış saçları tökülür üzünə, Həyatının payız fəsli sona çatmaqdadır.. Gözlərinin içində gizlənir min-bir kədər, Həyatı min-bir gecə, günəşi batmaqdadır.. Əzilmiş köhnə palto, cırılmış ayaqqabı, Qızının köhnə əlcəklərini geyinib tənha qadın.. Ərinin başdaşıyla o gedir görüşməyə, Axı onu ondan başqa həyatda hamı atıb.. 60 manat pensiya, bu da Allahdan kömək, Bu [bad word] nə olur yaşamaq, nə də olur ölmək.. Amma əsas deyil pul, istəyir doğmaların, Artıq 15 ildən çoxdur görməyir nəvələrin.. O hər gün səhər tezdən, dənizkənarı parkda, [bad word] çörəklə yedizdirir sərçələrin.. Həyatın səhnəsindən onu çoxdan atıblar, Teatr başladıqca tökülür pərdələri, Onunla üzbəüz, gözləri yorğun kişi, Dodaqlarında çat, həyatı yalnız işi.. İçir çəkir və içir, içşir ki, unuda bilsin, Çəkir ki, ciyərlərdə yaşlarını [bad word] bilsin.. Evə əliboş getmək, uşaqların gözləri, Onun ürəyini parçalayır, iynələr tək.. Arifin 5 yaşı var, [bad word] artıq 8, Amma ki, ağlayırlar gecə-gündüz körpələr tək.. O baxır ağbirçək qadının gözlərinə, Mavi gözləri uzun illər öncə bozarmışdı, Qadının cırıq əlcəklərinə baxan cavan xanım, Bütün gecəni ağlamaqdan gözləri qızarmışdı.. O onu aldatmışdı tələbəlik illəri, Bu qızın yaddaşına yalanlarla həkk olundu.. Nəyə görə onun qeyri-adi gözəlliyi, Xoşbəxtlik gətirmək əvəzinə dərd olurdu.. Çantada şəkilləri, aparıb qaytaracaq, Oğlanın qara gözlərinə bir daha baxacaq.. Zamanın naxışları bu ömür xalçasına, Daha bir neçə düyün bağlayacaq, rəng atacaq.. Aysel inanmırdı ki, nağılların olur sonu, Yalandan “Sevmirəm” desə də, sevəcək onu.. İçəridə çox istidi, amma titrəyir əllər, Bəlkə də Ayselin həyatında zaman donub.. Onunla üzbəüz [bad word] cavan oğlan, Üzünün cizgiləri hardansa, tanış gəlir, Onun içində zülmət, onun içində üsyan, O bilir, qarşıdan səhralara yağış gəlir.. Cibində köhnə kağız, yanında qırıq qələm, O baxır diqqətlə insanların gözlərinə.. Siz onu tanıyırsız, o oğlan elə mənəm, Elə bu dəqiqə yazdım bu mahnın