Отсутствует (исполнитель: Неизвестен)

Balabey feat Gulaga - Sende qaqash (Meyxana)

Çeksinler "İç Xəbər"ə
Qayıları salaq təkərə
Çıxaq geceynen şəhərə
Adama bi dənə qarə tofaş
Sən də qaqaş, mən də qaqaş
Hərəkət edək yavaş yavaş

Beşini keçək onnu keçək
Blatnoy zakonnu keçəy
Qırmızıdan zonnu keçəy
Şəhəri gezey o baş bu baş
Sən də qaqaş, mən də qaqaş
Hərəkət edək yavaş yavaş

O cürnə bəkr sürmə dayi
Nə əmi var, nə də ki dayi
Tutar içəri atar qayi
İraq iraq ağzıma daş
Sən də qaqaş, mən də qaqaş
Hərəkət edək yavaş yavaş

Əşşi tutulmaq nəydi
Yola verərik boş şeydi
Gülağadı, Balabəydi
Şairnən nə dava dalaş
Sən də qaqaş, mən də qaqaş
Hərəkət edək yavaş yavaş

Nə qədər imkan alaq
Köynək alaq, şalvar alaq
Bizə yaraşan paltar alaq
Qara köynək, qarə plaş
Sən də qaqaş, mən də qaqaş
Hərəkət edək yavaş yavaş

Dərd yığılıb qalaq qalaq
Gəl sənə dərdlərlə qalaq
Kasıb uşağıq hardan alaq
Nə gündəliy var, nə maaş
Sən də qaqaş, mən də qaqaş
Hərəkət edək yavaş yavaş

Haqq yolundan aralandıq
Şeytana qoşulub yandıq
Nə itirdiy, nə qazandıq
İyirmi üç tamam oldu yaş
Sən də qaqaş, mən də qaqaş
Hərəkət edək yavaş yavaş

Gəl özümüznən bacaraq
Öləndə rəhmət aparaq
Avaraçılıqnan qutaraq
Nəfzimiznən edək savaş
Sən də qaqaş, mən də qaqaş
Hərəkət edək yavaş yavaş

Bizi ALLAH'dır sınıyan
Hamıdan əla tanıyan
Avara deyib bizi qınıyan
Yaxından tanıyeydi kaş
Sən də qaqaş, mən də qaqaş
Hərəkət edək yavaş yavaş

Ömür vəfa edir hələ
Gəl namaza düz əmələ
Namaz qılıb dua elə
Gözlərində axınca yaş
Sən də qaqaş, mən də qaqaş
Hərəkət edək yavaş yavaş
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Miuagi  Miuagi Колибри  Bir kuni yana  Gustavo Cerati  Fanduri  Windos  Я без твоей любви 
О чем песня
Неизвестен - Отсутствует?
2020 © Tekstovoi.Ru Тексты песен