Отсутствует (исполнитель: Неизвестен)
Mənə dedilər rap yaz- rap yazdım Mənə dedilər hit yaz- hit yazdım Mənə dedilər dərs oxu- oxudum, beyin qırışlarıma bilik toxudum Mənə dedilər ver imtahan- verdim Mənə dedilər diplom al- ala aldım Mənə dedilər al təzə geyimlər Nələr ki, dəbdədi, lazım elə geyinmək Mənə dedilər pul tap- pul tapdım Mənə dedilər qız tap- allatdım Mənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə Bu həyatın qanunları, necə sevirəm mən onları Bu həyatın qanunları, yox olur bir-bir arzularım Bu həyatın qanunları, necə sevirəm mən onları Mənə düz yol göstərəcəklər- valideynlərim, birdə qohumlarım Mənə dedilər gəl əsgərlikdən Gəl səni tanış eləyək Ələsgər əmiylə, Atanın dostu, yerlisi, qohumu Başda işləməyə- baş üstə, oldu Mənə dedilər maaş gətir- verdim Mənə dedilər saçın uzun- kəsdim Mənə dedilər qonşunun qızı var, bax ona- baxdım, sonra nişanlandım Mənə dedilər maşın al- Tofaş aldım Mənə dedilər döymə- başa saldım Mənə dedilər ev alaq, evləndirək- qızla yatmaq üçün hamını borca saldım Mənə dedilər toy elə- evləndim Mənə dedilər döz bala- nervləndim Mənə dedilər qız ver ya oğul- beynimə saldım, soxdum, doğdu Bu həyatın qanunları, necə sevirəm mən onları Bu həyatın qanunları, yox olur bir-bir arzularım Bu həyatın qanunları, necə sevirəm mən onları Mənə düz yol göstərəcəklər- valideynlərim, birdə qohumlarım Mənə dedilər pul qazan- qazandım Dedilər qızıl al- aldım, aldım Mənə dedilər qızına pul ver, Oğluna maşın al, evləndir, yola sal Mənə dedilər qocalırsan- qandım Mənə dedilər keç otağına- keçdim Mənə dedilər kəs səsini- kəsdim Mənə dedilər süz- süzdüm, içdim Mənə dedilər sat evi, böl pulu Bu qızına cehiz, bu da ki oğlunun Mənə dedilər sakit ol, danışma Sən qoca, bilməzsən səhv nə [bad word] Mənə dedilər bax seriala- baxdım Mənə aldılar təsbeh- fırlatdım Xəstələndim, dedilər döz- dözdüm Bezdi həkimlər, dedilər öl- öldüm Bu həyatın qanunları, necə sevirəm mən onları Bu həyatın qanunları, yox olur bir-bir arzularım Bu həyatın qanunları, necə sevirəm mən onları Mənə düz yol göstərəcəklər- valideynlərim, birdə qohumlarım