De, Necə Barışım Mən Bu Zamanla? (исполнитель: Ramiz Təkani)
Ədalət şam kimi əriyir, ALLAH Zor haqqı divara dirəyir, ALLAH Yalan ayaq açıb yeriyir, ALLAH Bacara bilmirsə [bad word] yalanla De, necə barışım mən bu zamanla? Mərdlərin başını namərdlər yeyir Şərə göz vermiyib, göz yumur xeyir Gədalar özünə şahən şah deyir Yaxşılar iş görür pislə, yamanla De, necə barışım mən bu zamanla? Ürəklər soyuyub olub buz kimi Namus çeynənilir bir saqqız kimi On ilin pozğunu təmiz qız kimi Gəlin köçürən var toyla, nişanla De, necə barışım mən bu zamanla? Bığsız kişiləri, el ağsaqqalı Elmdən dən [bad word] ağıldan kalı Pələngə tay olub çaqqal, çuqqalı Qoyunu aşnalıq edir qabanla De, necə barışım mən bu zamanla? Qeyrət çoxları üçün olub qeyri-ət Bir milyon qaçqını olan bu millət Dözüb, səbr eyləyir dəhşətdi-dəhşət Yuya bilmiriksə biz qanı-qanla De, necə barışım mən bu zamanla? Ramil Səfərova azaddıq, hanı? Verdik yad əllərə o mərd oğlanı ALLAH yerə soxsun azərbaycanı Bu həyalı canla, bu həyacanla De, necə barışım mən bu zamanla? İndi bir şüar var, yaşasın rüşvət Başda vəzifədir, ayaqda qeyrət Bu yolla haraya gedir bu millət Yolu kəsmək olmur hətta Quranla De, necə barışım mən bu zamanla? Ata, anasını oğraşlar bu gün Qocalar evinə edirsə sürgün Qarabağ alınar? Bu qeyri-mümkün Dünyanı titrədən ahu fəğanla De, necə barışım mən bu zamanla? Hər kəs öz xeyrin güdür həyatda Bu işə ALLAH da mat qalıb hətta İki doğma qardaş bu damın altda Bir ocaq yandırır iki qazanla De, necə barışım mən bu zamanla? Haqqa yox, indi nəfsədir etiqad Bir kimsə yoxsula etməyir imdad Varlı öz dövlətin çəkdirir ey Dad Kasıb öz çəkisini çəkən qapanla De, necə barışım mən bu zamanla? Varlı süfrəsində olan tox milçək Görür ac kasıbdan hörmətdə yüksək Pul üçün fağıra hansısa eşşək Əgər əmr edirsə [bad word] tək banla De, necə barışım mən bu zamanla? Kasıb nə deyirsə, əşi deyirlər Dəlidi, işləmir başı deyirlər İndi dövlətdiyə kişi deyirlər Mənlik ölçülürsə dövlətlə-şanla De, necə barışım mən bu zamanla? Yayın istisində, qışın qarında Kişi var yaşatmaq intizarında Neft-qaz ölkəsində qul bazarında Eşşək tək işləyir çulla, palanla De, necə barışım mən bu zamanla? Avropa dəbinə olandan kölə Ar zibil şəklində atılıb çölə