Sənin gülüşlərin (исполнитель: [ Elmira Rəhimova ])

[bad word]  [bad word] azerbaycanmusiqisi

Qarşımda nazlanıb yenə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən desəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şehə bənzəyir.

Sənin gülüşlərin bir rüzgar kimi
Əsərkən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar kimi [bad word] bir sənin işıq saçılır.

Söylə, gözəllərin dodaqlarından
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhqəhən ay kənarından
Keçən buludmudur, uçan quşmudur?

Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şeirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.

Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar,
Bəzən baş ucumda, bəəzən önümdə
Şimşəklərim çaxar, sularım axar.

Cahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsa ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!

Müellif: Mikayıl Müşfiq
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Видео к песне:
Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Людмила николаева бегут года  Wooowww  Tynda-One-Love  Orcherry  Yadimdadir  Жизнь нелепа  Pvl is back  Hello reindeer 
О чем песня
[ Elmira Rəhimova ] - Sənin gülüşlərin?
2020 © Tekstovoi.Ru Тексты песен