Salam Daragaci (исполнитель: Shemistan Elizamanli)
Yolumu gözlədin hər səhər-axşam, Salam, Dar ağacı! Əleyküm-salam. Əcəllə ölməyə doğulmamışam, Salam, Dar ağacı! Əleyküm-salam. O hansı millətdir, taleyi sirdir? Yüz adla bölündü, yenə də birdir! Məni [bad word] bu dərd gətirdi, Salam, Dar ağacı! Əleyküm-salam. Danış, Əmir Teymur, bu son nəydi bə? Boynumda ağ kəfən, dilimdə tövbə... Dərsini tərs bilən, mənimdi növbə! Salam, Dar ağacı! Əleyküm-salam! Qırğızam, özbəyəm, qazax, türkmənəm, Başqırdam, kərkürəm, elə görk mənəm. Sənin gözlədiyin qərib türk mənəm! Salam, Dar ağacı! Əleyküm-salam. Ey darın ağacı! Kimdən kəməm, kəm?! Ya səni yendirrəm, ya sənə yennəm. Ya da budağında yarpağa dönnəm, Salam, Dar ağacı! Əleyküm-salam. Qəbul et, növbəti qurbanın mənəm, Mənim canım səndə, bil, canın mənəm. Elə qürrələnmə, hər yanın mənəm, Salam, Dar ağacı! Əleyküm-salam.