Geceler kechir (исполнитель: Aygun Kazimova)
Səhərə nə qalır,ulduzlar sönür Səhərin yolları gecədən keçir Üfüqdə bir solğun şəfəq görünür Bu da bir qəribə gecədir keçir Bir gecə səninlə çəkildik bağa Bağ yazıq nə desin sevən qonağa Gordünmü ay necə baxır ocağa ? Elə bil,alovdan nur çəkir,keçir Gecələ bu ilıq gecəni məndə Yada sal olanı keçəni məndə Gecələ hər gecə gecəni məndə Deyirsən,gedirəm gecədir gecdir Bir gecə səninlə çəkildik bağa Bağ yazıq nə desin sevən qonağa Gordünmü ay necə baxır ocağa ? Elə bil,alovdan nur çəkir,keçir Bağa gəlib gecələ gecəni məndə Gizlətmə olanı,keçəni məndən Səni ayrı salan gecəmi məndən? Onun nə günahı?Gecədir keçir... Bir gecə səninlə çəkildik bağa Bağ yazıq nə desin sevən qonağa Gordünmü ay necə baxır ocağa ? Elə bil,alovdan nur çəkir,keçir