xatirlandiqca Kerbela (исполнитель: owl)

Bismillah!
Qəlbim [bad word] çala,
Olmuşam eşqə mübtəla.
Düşürəm mən haldan-hala,
Xatırlandıqca Kərbəla!
Səqqa oldu qolu qələm,
Dara düşdü haqqu-ələm,
Qan ağlasın dünya-aləm,
Xatırlandıqca Kərbəla!
Ağardı Zeynəbin saçları,
Fəryadı tərpədir dağları,
Qoy qara dəyişsin ağları,
Xatırlandıqca Kərbəla!
Aşuraya aşiq olar,
Tasuada gültək solar,
Saçlarını dərddən yolar,
Xatırlandıqca Kərbəla!
Ya Hüseyn!
Mərizinəm, qıl bir çarə,
Yarama [bad word] yarə,
Mən bir parə, sən bir parə, 
Xatırlandıqca Kərbəla!
Ya Əbbas!
Qurban olum qollarına,
Türbət olum yollarına,
Çağır məni çöllərinə,
Xatırlandıqca Kərbəla!
Ya Zeynəb!
Yusuf olsun sənə fəda,
Qoysunlar adımı "gəda",
Səs verməsəm mən fəryada,
Xatırlandıqca Kərbəla!
Ya Fatimə!
Güşanişin - tərki dünya,
Eşqinədir "Bayquş" kunyəm,
Səslə məni, amadayəm,
Xatırlandıqca Kərbəla!
Ya Allah, Ya Sübhan Təala,
Sadiq et məni bu məala:
Yaşansın hər gün Aşura,
Xatırlandıqca Kərbəla!
©Yusuf Bayquş
03 muharram, 1436
28.10.2014
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Endless Love Саундтрек к фильму Миф  Над тайгой Группа БУМЕР  У двора у широкого  Джони лошара ты  Pink nate ruess  Ана 2014 Ернар Айдар  Н Just name  Герик горилла-просыпайся 
О чем песня
owl - xatirlandiqca Kerbela?
2020 © Tekstovoi.Ru Тексты песен