Aglama (исполнитель: HOST ALLIANCE)
Olülərim sevinsin,gəldi Tanrınız Əsirlərlə,qəddarcasına alovlarda yandınız Yox olmuşam sandınız,amma artıq burdayam Çox amansız,Çox qəddar cəzalar arzusundayam [bad word] səmalardan gəlmişəm Qaranlığıma baglıyam,mın Maranı sevmişəm Dirilərdən bezmişəm,onlar üçün kor yuxuyam Cansızlıqdı dərdiniz,sizlər üçün oxuyuram.., Ağlama,yaşla dolar qanı içilmiş qəlbiniz Söz demə duyan olar var özünüzdən sirriniz Çətindimi yaşamaq,günahsız,sevgisiz?! Küləklidi həyat yolunuz,gəmilərsə yelkənsiz Ölülərimin cərgəsinə,namizədsiz hər biriniz Diliniz yedizdirir yalan yeyən qarğaları Kəşf etdim daş ürəklərdə boş məzarları Hiss etdim cənnətdən uzaqlaşan tayfaları Qayaları parça-parça etməyə qadir insan Nə acizsən duyğularda qorxu görüb ağlayanda Tənhalıqdan qışqıranda əl uzatdım istəmədin Sən həyatsan,mən ölüməm,ağlayacam qovuşanda İnanmadın,yox ol dedin,xoşbəxtsənmi bu həyatda?! Milyonlar uçun əsir oldun,qeyb olmusan sarmaşıqda Dua etdin göz istədin,Allah verdi bəyənmədin Can istədin,onuda verdi,fitnələrdən bezmədin Gündüzlərə göz yumuldu,gecələrdə həsrət qaldı İşiqa,imama nifrət vardı,qulaqlarda qeybət vardı Ümid vardı sandı yandı,qanda xeyli igid vardı Cənnət əhli darıxırdı,orda tənha şəhid vardı Bəs nə oldu?gözün doldu,bu tək yoldu,yolda koldu Qaradonlu qarğa qondu,taxta qondu,qanıvı sordu Güclü ordu gözüvə durdu,mən deyildim üzünə durdu Qəddar tələ izivə qurdu,tab gətirmir artıq sondu..........., Barmaqları çürümüş bəstəkarın nəğməsi,yara basmış dilimdə, Hər gecə onun səsiylə,ağrılarla oyanır qara dərviş içimdə. Ağlıyır heç vaxt ağlamayan susuz çöllərim keçmiş itmiş izlərim, Bağırdım,bağırtım ağrımla bağrımı yandırdı,yandı hisslərim. Tərki dünyalıq,əzablarla dolu boxça qırışmış əlimdə, İllərlə yaşadığım,yaşatdığım basdırılmış hisslər bükülmüş belimdə. İzdiham içində getsəmdə getməsəmdə,itsəmdə itməsəmdə, Onsuzda yorğun baxışlar çevirdi həyat düşüncələrimi başqa səmtə. Ağlama dedim amma ağladı,qulaq asmadı göz yaşlarım gələcəyimi görən kimi, Bilən kimiki həsrət sonu ünvan olub kədər bunu gülə-gülə deyən kimi. İtən kimi sevinc möhürləri həyat&