Отсутствует (исполнитель: Неизвестен)

Həəə... Kimə baxırsan bir rəvayət deyir...Deyirəm bəlkə bir rəvayət də mən deyim, amma mənim bu rəvayətim məhəbbətdən deyil, öz məhləmizdəndi, yani dogulduğum məhlədən, və məhlədə kimnən də [bad word] san, hamı sənə bir sözü deyəcək, həri dinləyin:

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar
Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Doğulduğum məhlədə hamı bilir, sən də bil,
Bir tərəfi gül - çicək, bir tərəfi zir - zibil,
Bir tərəfi cənnət, bir tərəfi cəhənnəm
Gəlib görənlər bilər, nə cürdü burda aləm.

Kimisi uçur balkonnan, güya fantomas dı,
Kim kimə mal satır, kim kimə mal atır,
Kimisə, də qıznan gəzir, desinlər ki pazdı
Kimisi ölür acınnan, acınnan hər gün yatır

Kimisi gəzir şestsotda güya qaqaşdır qaqaş
Girəndə məhəlləyə tez axıdır göz yaş
Birisi gəzir Nissan da adını qoyub Gül Toto,
Əlinə pul düşən kimi, gündə oynayır loto

Çoxdu bizim məhlədə, çoxdu dava salanlar,
Çoxdu, çoxdu, çoxdu, çoxdu, çoxdu buna baxanlar
Acınnan ölən, kef edən, fərqi yoxdu düzü
Kimə baxsan məhlədə, hamı deyir bir sözü

Ay can alan candı bizim məhlədə, (məhlədə)
Gündə toy - nişandı bizim məhlədə, (məhlədə)
Bir gün, acdıq olar, kef olar,
O birisi gün nə acdıq, nə də ki kef olar

Amma bizim məhlədə, sevir hər kəs hər kəsi
Batdı o insan Vallah, incitsə bir kəsi
Hami deyir bir sözü, sözləri bir yerdədi:
"Məhlə bizim məhlədir, qalan məhlə fəhlədir"

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar
Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

Doğulduğum məhlədə hamı bilir, sən də bil,
Bir tərəfi gül - çicək, bir tərəfi zir - zibil,
Bir tərəfi cənnət, bir tərəfi cəhənnəm
Gəlib görənlər bilər, nə cürdü burda aləm.

Girəndə məhəlləyə gözüm baxır hər yana,
Bu cür məhəlləmizdə, Vallah, gəlmişəm cana
Birisi düşür məhəlləyə, birisi çıxır eyvana,
Kimi görürsə qışqırır: "Meyxanadır, meyxana!"

Qonşumuz Əhməd dayı, səhər gedəndə işə,
Girəndə məhəlləyə, tez düşür təşfişə,
Maşın yoxdu yerində, san ki olub möcüzə,
Bir gecənin içində getdi gedər gəlməzə

Kimisi əlində araq, kimisi əlində çaxır,
Kimisi də yazığ - yazığ, [bad word] içənlərə baxır
Kimisi taksi şoferi, kimisi satır qatıq,
Başqa yol yox artıq!

Lənətə gəlsin bu zaman, lənətə gəlsin görüm!
Nə var - nə var yoxdu pul,qacıb gedibdir gülüm
Qacıb gedibdir canım, gedibdir canım mənim,
Pulum yoxdu, tərk edib, gedib ceyranım mənim.

Eybi yoxdur, getsə də, tapmaqa qızlar nə var?
Yaxşı deyib o vaxtı, yaxşı deyib atalar:
"Ay bala, acdıq olsada..."
Yenə də kef elə, kef elə!

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar
Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan

© Hüseyn Dərya
Allah rəhmət eləsin!
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Nikita - эротически болен  Злая мгла Ультиматум  Лейли Каспий тобы  Птицами счастье  По дороге с облаками Из мультфильма  Песня вместо взгляда только звуки голоса  Путь в никуда Ария и Кипелов 
О чем песня
Неизвестен - Отсутствует?
2020 © Tekstovoi.Ru Тексты песен