Tural Heyatov (исполнитель: Pheirry'De Oktabri - Yaxsi ki, getdin)
"Keçmiş toz olur gözlərimdə Böyük yara izi var qəlbimdə Sil göz yaşlarını get Gəlmə buralara birdə Boz küçələrdə küləyin yarpaqlarla rəqsi Sən və mən bu şəhərin unudulmaz ikilisi Burax yalanlarını qoy burdaca hər şey bitsin Parçala qəlbimi qopar qoy bir daha səni istəməsin Yada burax get düşünmə sən xəyanətisən sevgimizin Gözlərindən süzülür yalnızlığın Ümidsiz baxışlarla dikdim gözlərimi aynaya Bu sabah unut hər şeyi bu günün işini sabaha saxlama Al əlinə üstü toz basmış şəkilləri Bir musiqi yada bir səssizlik pıçıltasın "Unut onu içində saxlama" Qır bütün onsuzluq aynalarını gey əyninə yalnızlıq donunu Aç saçlarını qoy külək rəqs etsin dəniz dalğalı saçlarınla Yaralı qanadlarım düşünməki uça bilərsən səmalara Kimsəsiz yaralı bir quş kimi az çırpın oyan buyana Sevgisiz neçə insan öldü ki, bu dünyada? Burax hər şeyi burax nolar ! bəsdir bu qədər ağlama Bacarsan qopar qəlbimi at bir kənara Beynimdəki onlu xatirələri sil qalmasın heçnə O olmasada olar, alma heçnəyi vecinə sakitləş biraz Bu şəhərə çoxdandır yağış yağmır Ağla biraz islat içindəki boz küçələri Toz basmış ağ qara rəngli evləri Bir binada yaşadığın neçə insan var ətrafında? Bir qapı qonşun yox Narahat olma tapılar oda Yoxsa lənətlənibmi ora? Düşünmə burax biri gələcək və sən yaxın olacaqsan ona O evdə payız küləkləri əsir Pərdəsiz pəncələrin pıçıltısı qoymur səni yatmağa Ağlama qurban olum ağlama Ətrafında onca insan varkən bilirəm necə ağırdı təkliyin Bir sabahın xeyir mesajını möhtaclığın bilirəm nədir Yada oyandımmı yazsın Hər gün öldüyün bilə bilə sənə o mesajı atsın Oyanma burax onu onlu hər şeyi, onlu günlərə, onsuzluğa oyanma Öl yum gözlərini, basdır o adı keçən hər şeyi Sən yalnızsan və yalnızsan O içindəki acılara aylı gecələrinlə Yoxdur kimsəm unut get Bu şəhərin sakinləri sənə yad Yum gözlərini yat Səhər önəmli keçəcək hər şey amma amma keçməyəcək heçnə.