Üz Cizgilərin (исполнитель: Xan)
[Verse: 1] Mənim sənlə heç xatirəm olmuyubdu olmuyacağda İnan ki səmimiyyət gözəl şeydi olmuya saxta Bu sevgi səmadı və mən yanında parlayan günəş Sən elə bir buluda dön ki səcdə eləsin üstünə dağlar Yazıram tək sən haqda şəkillərinə meyl edərək Dalbadal vurar damğanı darmadağın edər fələk O qədər sifət var ki içi zibildi üstü bəzəy Öldürdüyün ümidlərimin arada bir qəbr üstünə dəy Gəl evlənək deyərdim amma yaşım azdı Mən səni görüşməyə çağıranda da boş olmazdın Şair yazır həmişə səni yazmasa xoş olmazdı Gərək mənlə yarım qalardın ona-buna qoşulmazdın Qoca dərviş azıb yolunu bax indi yolsuz Sevgi işarəsi də dəyişmiyib qalıbdı sonsuz Bədənimi təmizliyim qoy bu şeir qanımda donsun Gözləyəcəm həmin kafedə gəlməsəndə canın sağolsun [bad word] Onun üzü gülür amma gözü yol çəkir Yenə bax cibimdə qalıb o şəkil Birlikdə gəzmişdik yadımda o səki Onun üzü gülür amma gözü yol çəkir (x2) [Verse: 2] Gözümdən axan sənsən arzularım batan göldü Eşqin ocağı yenicə alovlanmışdı ki haçan söndü Düşüncə tər-təmizdi sevirəm səni pak ürəklə Sənə ac gözlə baxarkən hər beş oğlanın dördü Önümdə soyuq kofe xatirəmdi gecədən inan Heç yadımda deyil dünən gəlmişəm evə neçədə Sevgi təkcə üzünü soldurmur çöküntü verir içədə Bütün ağrılarımı unutmağ üçün bu gecədə yenə içəcəm mən Əlindən gələcək hər bir bəla məndə candan çıxdı Demişdim o vaxtı sənə qəlbi gəl al yaddan çıxdı Şeirdə var idi cah-cəlal əvəzi yardan çıxdı Tanrı bir üz veribdi sənə o biri hardan çıxdı Gəldiyim ayrı məkan və duyduğum səhv ətirdi Gah nala gah mıxa vurduq və heçnə düz gətirmir Beş əsirlik sevgini beş dəqiqədə məhv elədin Mənə dedin ki xoş gəlmişdin həyatıma xoş get indi [bad word] Onun üzü gülür amma gözü yol çəkir Yenə bax cibimdə qalıb o şəkil Birlikdə gəzmişdik yadımda o səki Onun üzü gülür amma gözü yol çəkir (x2)