Anacan (исполнитель: MC Murad ft. Miri Yusif)
O zərifdir, O ən əziz və mehribandır O sevgi bəxş edəndir, sevgisi isə bir ummandır O məni gözləyən, O məni axtarandı Məhz O mənə dərk etdirib ki, həyat imtahandır Cahandı, cahanda ondan özgəsi yalandı O ən birinci kəlməm, göz açdığım bir andır O könlümü alan, O qayğıma qalandı Məni bağışlayan, O məni tək anlayandı Felekmi günahkar, zaman uçur gedir dayanmaz Saçları ağarmış, yaddaşı duman-dumandı O hər şeyi bilsə də, çox şeyə göz yumandı Bir dəfə baxsa mənə min dərdimi duyandı Mənim dərim qoparır, mənim dərdim yamandı Mən içdə qocalmış, üzdə saqqalım cavandı Mən danışdığım insan hər ağıla bəyandı O müqəddəs varlığım mənim CANIM ANAMDI Bağışla satıldım mən bu dövrana Gəmilər daha qayıtmaz limana Nə biləydim ki, məni gözləyir "başqa həyat", Daha böyük hünər və güc istəyir "başqa həyat". Adətən tələb edir pisliyi "başqa həyat", Sevir pərdələri və artistliyi "başqa həyat"! Mənim öz sirrli dünyam var bir də persanajım Həyatda milyon dəfə daşdan daşa deyib başım olub ki. inanmışam satıb sirrimi sirdaşım Nə tökmüşəmsə bilmirem, nədənsə həlpdi aşım ANACAN gülürsən, canlısan şəkillərdə Səninlə aramızda gözlə görülməyən pərdə Mən səni yalnız görürəm o qayğısız illərdə Gül təki yuxularımda, ən şirin yuxularımda Sən mənim qəlbimdə, sən mənim ilk nəğməm Həyatın yollarından mənə sən tək həmdəm Bu amansız əcəldi səni məndən ayıran Sən cənnətin qonağı mən cəhənnəm də viran