Отсутствует (исполнитель: Неизвестен)
Mənə dedilər rap yaz - rap yazdım Mənə dedilər hit yaz - hit yazdım Mənə dedilər dərs oxu - oxudum, beyin qırışlarıma bilik toxudum Mənə dedilər ver imtahan - verdim Mənə dedilər diplom al - ala, aldım Mənə dedilər al təzə geyimlər Nələr ki, dəbdədi, lazım elə geyinmək Mənə dedilər pul tap - pul tapdım Mənə dedilər qız tap - allatdım Mənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə (Nəqarət: Qaraqan) Bu həyatın qanunları, necə sevirəm mən onları Bu həyatın qanunları, yox olur bir-bir arzularım Bu həyatın qanunları, necə sevirəm mən onları Mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım (verse: Qaraqan) Mənə dedilər gəl əsgərlikdən Gəl səni tanış eləyək Ələsgər əmiylə, Atanın dostu, yerlisi, qohumu Başda işləməyə - baş üstə, oldu Mənə dedilər maaş gətir - verdim Mənə dedilər saçın uzun - kəsdim Mənə dedilər qonşunun qızı var, bax ona - baxdım, sonra nişanlandım Mənə dedilər maşın al - Tofaş aldım Mənə dedilər döymə - başa saldım Mənə dedilər ev alaq, evləndirək - qızla yatmaq üçün hamını borca saldım Mənə dedilər toy elə - evləndim Mənə dedilər döz bala - nervləndim Mənə dedilər qız ver ya oğul - beynimə saldım, soxdum, doğdu (Nəqarət: Qaraqan) Bu həyatın qanunları, necə sevirəm mən onları Bu həyatın qanunları, yox olur bir-bir arzularım Bu həyatın qanunları, necə sevirəm mən onları Mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım (verse: Qaraqan) Mənə dedilər pul qazan - qazandım Dedilər qızıl al - aldım, aldım Mənə dedilər qızına pul ver, Oğluna maşın al, evləndir, yola sal Mənə dedilər qocalırsan - qandım Mənə dedilər keç otağına - keçdim Mənə dedilər kəs səsini - kəsdim Mənə dedilər süz - süzdüm, içdim Mənə dedilər sat evi, böl pulu Bu qızına cehiz, bu da ki oğlunun Mənə dedilər sakit ol, danışma Sən qoca, bilməzsən səhv nə [bad word] Mənə dedilər bax seriala - baxdım Mənə aldılar təsbeh - fırlatdım Xəstələndim, dedilər döz - dözdüm Bezdi həkimlər, dedilər öl - öldüm (Nəqarət: Qaraqan) Bu həyatın qanunları, necə sevirəm mən onları Bu həyatın qanunları, yox olur bir-bir arzularım Bu həyatın qanunları, necə sevirəm mən onları Mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım