Отсутствует (исполнитель: Неизвестен)
NEYLƏYİM | NİGAR RƏFİBƏYLİ Həyat yoldaşı Rəsul Rzaya... Ala gözlüm, səndən ayrı gecələr, Bir il kimi uzun olur neyləyim? Bağçamızda qızıl güllər hər səhər Tezdən açır, vaxtsız solur, neyləyim? Nərgizlərin gözü yaşla dolanda, Bənövşələr baxıb qəmgin olanda, Qərənfilin gözü yolda qalanda, Yasəmən saçını yolur, neyləyim? Əsən rüzgarın da yoxdur vəfası Düşmüşdür başına özgə sevdası. Lalənin cırılıb qəmdən yaxası Saçları pərişan olur, neyləyim? Bəlkə tez gələsən, əlac verəsən, Sünbülün saçını yığıb hörəsən- Əlvan çiçəkləri özün dərəsən, Gözləri yollarda qalır, neyləyim? Çəkir çiçəklərin gözü intizar, Ayrılıqdan betər dünyada nə var? Bu bahar axşamı səni bax, Nigar Həzin-həzin yada salır neyləyim?