Qoca qartal(Azaflı Dübeyti) (исполнитель: Aşıq Qələndər və Təran)
Aşıq Mikayıl Azaflı Qoca qartal, nə gəzirsən, Dağlar qoynunda, qoynunda. Bala gördüm anasının Ağlar qoynunda, qoynunda. Niyə qəlbin qaralıbdı, Gül üstünü xar alıbdı. Şamamalar saralıbdı, Tağlar qoynunda, qoynunda. Bir həkim yara bağlayır, Bir hakim sinə dağlayır. Bağban gördüm, qan ağlayır Bağlar qoynunda, qoynunda. Azaflı, yaz, dilə gəlməz, Uçdu sonan, gölə gəlməz. Keçən keçdi ələ gəlməz Çağlar qoynunda, qoynunda.