Sevgili Canan ( композитор-Узеир Гаджибеков стихи- Низами Гянджеви) (исполнитель: Azerin)
Hüsnün gözəl ayətləri, Ey sevgili canan! Olmuş bütün aləmdə Sənin şəninə şayan. Gəl eylə nəvaziş, Mənə ver busə ləbindən, Çünki gözəlin Busəsidir aşiqə ehsan. Sordum ki, könül, Hardadı, aldım du cavabı: “Gəl sorma, tapılmaz, Onu axtarsa da insan.” Rəhm eylə-deyib, sel kimi Göz yaşımı tökdüm, Gəl qanım ilə oynama, Ey afəti-dövran. İnsafın əgər var isə, Söylə bu Nizami Sənlə necə rəftar eləsin, Ey mahi-taban? Gəl sevgili canan!