Düşüncə (исполнитель: RG & Orxan Qarabasma)

Orxan Qarabasma bənd:

Gücümü göstərim verin beat mənə,
Bir müddət itsəm də yaddaşından itmərəm,
Söz bitməsə bilki mən də bitmərəm
Və birdə feat mənə təklif etməsin o MC-lər hansı ki, vaxtı ikən baxıblar şit mənə,
Bu bull [bad word] mənə, sənət, senəd əvəzidi
Bu özümü tanıyandan bil həyat devizidi, bürcüm tərəzidi,
Odur ki, düznən düz ol
Və yaxşıynan yaxşı,
Pislə pis ol bizlə biz ol və qəlbən təmiz ol!
Uymasan nəfsə, düşmərsən həbsə, 
Girsən də qəfəsə bir özünsən bir zon!
Hündür tavanlar alçaq olmur,
Hündür olmasanda alçaq olma,
Heç kimin yanında artıq olma,
Bil ki, mənliyi olanlar yaltaq olmur,
İt kimi yaşama görməsin xalta boynun,
Nəyim varsa hamısını karta qoydum ya uduzdum hər şeyi, ya
bəlkə uddum, bəlkə tutdum cash!

RG bənd:

Həyatda bərk tutan şapalaq, nə?
Niyəsə cəmiyyət istədi ayağına qapanaq, hə?
Əl çəkin bir təhər necəsə dil taparıq, ə
Düşməyək qapana və içimizə qapanaq, həm
Mənim yadımda bu otağa ilk girişim,
O gündən bu günə bilirəm bu işi kişi işi!
Bu sənət salır yalançının içinə təşvişi
Və dərvişi, narahat edir unudulmuş keçmişi!
Yadımda biz tutulduq deməli ağır vaxt oldu,
Yananda tez alışdılar elə bilki kardondu,
Biləndə qardaş dediyin satıb qan dondu,
Anladım üç dörd nəfərik, qalan hamısı qandondu!
Mənim dilimdən söyüş ala əskik olmur,
Gördüklərim onsuz təsvir olmur, (ay)
Kim deyir küçədə təhsil olmur,
Yıxıldın dur [bad word] #351;, əski olma! (ay)
Dediklərimin hamısı ürəkdəndi,
Etdiyin hər əməl səpdiyin dəndi,
Bəzən deyirsən, boğaz və kəndir
Məncə zəiflik bildirən əməldi!
Bu qədər vədə bil inamım yox,
Hərşeyin çarəsi tapılar, gedən zamanın yox,
Özgəyə gümanım yox, bəlanın ünvanı yox,
Sürdüyüm ömürdə tək mikrofona yalanım yox!

Nəqarət:

Bir biçən min ölçər,
Hərəkət etməmiş, düşün öncə!
Hər zibilə düşüncə, aparır adamı, düşüncə!
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Видео к песне:
Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Leningrad chris de burgh  ГИМН ОДНОКЛАССНИКОВ  Песня нана  Promiscuous  America Deuce  С перекура повалили друг друга  Keith Urban Georgia Woods 
О чем песня
RG & Orxan Qarabasma - Düşüncə?
2020 © Tekstovoi.Ru Тексты песен