Cagirdim (исполнитель: AiD)
Hər keçən günün sonunda, eyni səhərlərdən bəhs edəndə, Süni günlər, solğun üzümə süni gülüşü geydirəndə. Düşündüm səhvmi, [bad word] görən daim dönən dünya, Etdiyi fəlakətlərlə insanları söyən dünya. Fərqi yox, pessimist, optimist mi mövzularım, Dərin sayılan arzularım, dayazlaşdı sən gedincə. Gözümü çox çirkin səhnələrdə qapalı saxlamışdım, Gözüm yumulu qaranlıqda, göz yaşına büründükcə. Qısa metraj filmlərdə baş rollar yadda qalmır, Bunu bilirdim amma həyatımız bütöv zənn edirdim, yanıldım. Yenə də qırıq qəlbi yeni bir sevgiliylə bərkitmək istəmişdim, Göz yaşları yolumu kəsdi, ağladım, sevmək qırıq qəlblə necə də çətin bir iş. Qəmli dönüş, addımlarda həvəs yoxdu(ümid yoxdu) Saxladım özümü, son nəfəsin intizarıda məni çox sıxırdı, Yoluma son, yoluma davam çaşıb qaldım. (Nəqarət: Gula) Mən həyatımı yenidən yaşamaq istədim, Ölüm astanasında. Mən güzgüdəki qəm kədərimi gizlədim, Gözümün qarşısında. Mən sənsizlik hissi nədi bilmədim, Şirin yuxularımda. Mən çağırdım sevərək səni səslədim, Sənsə yox oldun o anda. Gördüyüm o gözəl gözlər, qəlbinlə ayaqlaşmır Deyilən o xoş sözlər, əməldə reallaşmır Nə vaxt ki, qəmli hisslər nəğmələrimə qonaq gəldi O təmiz məhəbbətin ləçəklərini önümə sərdi Bir qədər rahatlaş sən, üzüntü səbəbsizdi Bu dünya qəddar amma təslim olmaq gərəksizdi İntihar [bad word] azadlığının əks sübutu Günəş yaxınlaşanda gülən gülün üzündə qorxu Əynində bəyaz libas, cizgilərin çox cəlbedici Tək gülüşündü miras, qalanlar sənlə gedəcək Sevgi də ölüm kimidi çox vaxtsız və xəbərsiz gəlir Boş otaqda tək-tənha, [bad word] tanış ətir Deyirsən haqsızlıq dünyası, dünya necə etsin ki? Axır ki, insanlar da qarşılıqsız sevə bilsin Düz yollar Allahın işi, döngələri şeytan yaratdı və Mələk gözlü gözəl son addımını döngədə atdı (Nəqarət) Son seçim edilib artıq səhvmi, düzmü önəmsizdi İndi gözəlliyindən yazan şair qələmsizdi Son illər onun həyatı çox dəyişdi Amma həyat hələ də eyni İlk addımda həyəcan, amma son dayanacaq hamıya bəlli İzdiham, qəlbdə yaranıb akustika döyüntülərinin əks sədası Sevginin də qoyulub artıq son nidası Mistika yuxu olayd