[Düşüncə] (исполнитель: [H.O.S.T|QaraQan , AID , PRoMete ])

Onun hələdə ümidi var ki anası diriləcək 
Hələdə ümidi var ki hamsı yuxudu bir gün ayılacaq 
5 yaşında həyat tamam başqa cürdü 
Yetim gözlərində həyat başqa cürdü, ailə başqa cürdü 
İndi boş otaqda oyuncaqlar oldu özgə atanın əllərində 
Anasının şəkilləri və həyat 
Yeni oyunla başını qatdı uşaq göz yaşıyla 
Oynadıqca layla oldu 
Atası qaranlıqda hönkür-hönkür ağladıqca 
Sehrli uşaqlıq illəri qaldı 
Ananın qucağına həsrətlə keçən günlərin 
Uydurma xəyallarına möhtac olmuş mavi gözlərin 
İçində söndü arzular, divarda köhnə xalça 
Tozlu süfrə boşdu, atası işdə, yazda soyuq, isti qışda 
Və sərxoş.. qonşuların dava səsi.. eşidilir eyvanda 
Oyuncaq heyvanlar yetim oğlanın yaxın dostu 
Doldu isti zəhər atası evə gələndə yeni anayla... 
Sən heç uşaqların ağlamağın görmüsən?-Hə,nə olub ki? 
Qəribədir.. Görəsən niyə ağlıyırlar ki? Onlar axı hələ heç nə görmüyüblər.. 
 
Onun hələdə ümidi var ki hər batan günəş 
Geri dönən kimi cavanlıqda batmış xəyallar 
Bir gün geri dönər.. Üzdə yaranan hər süni gülüş kimi 
Həkim qoyan diaqnoz bəlkə bir gün süni gələr 
Onun hələdə ümidi var ki artan qırışlar 
Qocalığın deyil sadəcə ağlın biliyin əlaməti 
Hər edilən xəyanəti yadda saxlamaq 
Kinli olmaq kimi görünə bilər 
Amma necə olur ki gənclik illərində 
Fərqli-fərqli ölkələrə səyahət 
İndi fərqli-fərqli xəstəxanalar ilə əvəz olunub 
Məhşur olan seriallar məhşur olan dərmanlarla 
Sevinc verən əyləncələr əzab verən iynələrlə əvəz olunub 
Hər şey başqa cürə də ola bilərdi amma olmadı 
Ola da bilməz çünki alın yazısı hərədə bir cürdü 
Hər şey dəyişdi sevimli oğul evə gələndə 
Ondan son hədiyyə qocalar evinə dəvətnamə 
 
Sən heç qocaların ağlamağın görmüsən? - Hə,nə olub ee? 
Qəribədir.. Görəsən niyə ağlıyırlar ki? Onlar axı hər şeyi görüblər.. 
Onun hələdə ümidi var ki gecə keçib sabah olanda 
Gül dəstəsi üstündə açıqca kimsə açıqlar məhəbbətini 
Anladar [bad word] unu o da ona anladar [bad word] unu 
İllərin amansız axınlarına qoşulduğunu günbəgün 
Təkliydən sıxıldığını anladar sevgisiz necə çətindi yaşamaq 
Həyat adlı oyunun əzabı keçdiyi ilə razılaşmaq haqqında uzun-uzun 
Amma yox bütün bunlara sərf eləmək üçün deyil ucuz 
Amma yenə süküt
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
Песня ты читал мне сказку о мышоноке перед сном  Undertale animation copy cat  Бабулечка бабулечка моя ты красотулечка  Лёша Свик- Малиновый свет  Сколько у ромашки лепестков  Послушать песню светофоровы  Djacki o  Он в любви призивает тебя ти не бойся 
О чем песня
[H.O.S.T|QaraQan , AID , PRoMete ] - [Düşüncə]?
2020 © Tekstovoi.Ru Тексты песен