Mehebbet (исполнитель: Неизвестен)
Mən bir qaya olum, mən bir dağ olum Sən sinəm üstündən ötən duman-çən Mən meşə qoynunda bir bulaq olum Sənsə mənim həzin, şirin zümzüməm Bilirsən o dəmdə nə istəyirəm? Bir mən olum, bir sən Bizə başqa kim lazımdı görəsən? Mən bir yamac olum, bir düzən olum Sən düzən içində açan al laləm Mən gecə səniyçin yanan şəm olum Sənsə ətrafımda süzən pərvanəm Bilirsən o dəmdə nə istəyirəm? Bir mən olum, bir sən Bizə başqa kim lazımdı görəsən? Mən bir ağac olum, bir budaq olum Bil ki, ayrılmaram heç vaxt kökümnən Mən budaq üstündə bir yarpaq olum Qorxuram, payızdı, gələn xəzəldən Bilirsən ay gözəl nə istəyirəm? Bir mən olum, bir sən Bizə başqa kim lazımdı görəsən? Mən bir dəniz olum, bir ümman olum Sən dəniz içində üzən tək gəmim Mən bir ümid olum, bir güman olum Qoymaram ki, solsun o ümidlərim Gəl mənimlə, nolar, olginən həmdəm Bilirsən ay gözəl nə istəyirəm? Bir mən olum, bir sən Bizə başqa kim lazımdı görəsən? Bir mən olum, bir sən, bir də göydə ay Bir də güllü çəmən, mən sakit axan çay Həzin nəğmə desin bülbül, torağay Heç nə istəmirəm Allahdan daha Yerin olsun mənim gözümün üstə Şairəm duraram sözümün üstə Nolar, başımı qoyum dizivin üstə Heç nə istəmirəm Allahdan daha Atıb bir kənara fikri, qəmi Xəyalla seyr edək gözəl aləmi Deyim, gülüm sənnən səhərə kimi Heç nə istəmirəm Allahdan daha Dağları dumansız, çənsiz olmasın Zəmi də sünbülsüz, dənsiz olmasın Eyvazın bir günü sənsiz olmasın Heç nə istəmirəm Allahdan daha Məgər görməyirsən mənim halımı? Qurban olum, buraxginən qoy gedim Nə var kəsdirmisən [bad word] yolumu Qurban olum, buraxginən qoy gedim Zalımlıq eyləyib batma günaha Əlvida, gedirəm gəlmərəm daha Sənə and verirəm göydə Allaha Qurban olum, buraxginən qoy gedim Neçə ocaqlara köz vermişəm mən Gözü görməyənə göz vermişəm mən Axı səndən gözəlinə söz vermişəm mən Qurban olum, buraxginən qoy gedim Şah oldumsa taxtım yoxdu ay gözəl Əzəl gündən baxtım yoxdu ay gözəl Eyvaz canı vaxtım yoxdu ay gözəl Qurban olum, buraxginən qoy gedim