Отсутствует (исполнитель: Неизвестен)
Sonu bu sevginin, bu eşqin hədər olsa, ölüm olsa da Sevərəm yenə, sevərəm yenə.. Bizi fələk biri-birindən ayırıb min qəmə salsa da Sevərəm yenə, sevərəm yenə.. Ay günəşə, çay dənizə, yer də göyə, sən də mənə, mən də sənə Gəl qovuşaq, arzulara, xəyallara bax. İstəmirəm ayrılığa birdəfəlik son qoyaraq Birdə yenə gəl qovuşaq, xəyallara bax. Qorxudur məni sevgilim ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq Qorxudur məni sevgilim ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq Demə mənə nədir məhəbbət, onu bilməm, Sənə heç zaman deyə bilmərəm, deyə bilmərəm. Qapını qorxuram ki, döysəm açan olmaz mənə Sevgilim, döyə bilmərəm, döyə bilmərəm. Gözləyirəm, sən mənə gəl, döy qapımı, qoy mən açım, Getmə daha, ol qonağım, ölənə qədər yanımda da qal. Gəl dəyişək ömrümüzü, dünyamızı, Gəl dəyişək qəlbimizi, qəlbini ver, bu qəlbimi al. Qorxudur məni sevgilim ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq Qorxudur məni sevgilim ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq Qorxudur məni sevgilim ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq Qorxudur məni sevgilim ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq