Mələk (исполнитель: Qaraqan (Leykemiya) HOST)
(verse: Qaraqan) Sözlər və qış, gözlər və yaş Təhqir, alqış, biz düşmən Və yaz, qələmi ağlat və qaç Öldür və sev, sənsiz dözməz Sənsən ailə və ev Qaytarma, seç artıq, ayrılmaq gec Ola bilmir doğma, silə bilmirsən heç Hisslər sönür artıq bax Bütün hisslər də buz Kimdi axı o? Sadəcə sıradan bir qız Ama baxışları dəli eləyir məni Onun qolları əbədi qəfəsim Məni öldür, ya götür bu dərdləri Bu mu sevgi? Mən tanımıram hissləri Sözlər mi sərt yoxsa hisslərdi sədd? Mən səndə artıq qoymayacam sərhəd (Nəqarət: Gültəkin) Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə Küləklər rəqs edir hisslərimizin hərarətiylə Ürəklər dözə bilər mi, de, dillər susa bilər mi? Mələklər yaralı qanadı çırpıb uça bilər mi? (verse: Qaraqan) Günlərlə qəm, mən sənsiz kiməm Sənə yazdığım sətirlərdə tapdım vətən Sən burda özgə, mən sənsiz kölgə Mən sənsiz buz baxışlı, daş bir heykəl Çıxart dərini, mənə [bad word] göstər Məni məhv edir bu uzun səssizlik Məni yandır, buz ürəyimə ver isti Artıq nifrət eləsən də mənə bəsdi Təki yanımda qal, mən olum təslim Bu otaqlar yox artıq divarlar Acı xatirələr ürəyə toz bağlar Baxışlar qalır, uzaqlaşır [bad word] qucaqlaşır, uzaqlaşır ayaqlar Pərdələri aç, təkcə çılpaq həqiqət Aramızda yox artıq sərhəd (Nəqarət: Gültəkin) Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə Küləklər rəqs edir hisslərimizin hərarətiylə Ürəklər dözə bilər mi, de, dillər susa bilər mi? Mələklər yaralı qanadı çırpıb uça bilər mi? (x2)