Vecsiz (исполнитель: Aid ft. Promete)
Əllərimi burax, ondansa ürəyimdən yapış! Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış (Verse1: AiD) Bir qurtum su, həyatın dadı bitməsin deyə son günə saxla Mən artıq doydum, bu sevgi odu sönməsin deyə küləyi saxla Damcılar, sevgin kimi tez-tez gedir amma ki, iz qoyur Dalğalar, rəqsin kimi səliqəsiz sahilə briz qoyur Sadəlöhv ümidin, əlində yenə danışılmış nağıllar Sən qəlbimi tərk etsən də, tərk etməz tanış olmuş ağrılar Biz həyatı sevmək istəsək də Cənnəti görmək istəsək də Ölmədən getmək istəsək də Bıraxmaz günahlar bizi [bad word] AiD) Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış (x2) (Verse2: AiD) Yenə durğun günlər kimi Tək-tənha güllər kimi Tez bitir, tez solur amma qəlbimdə İz qoyurdu ötən illər kimi Bəzən bir fikir kimi Beyində dünən olub amma bu gün yox Son ümid olan günəş kimi Üfüqdə sabah çıxar amma bu gün yox Taleyin artıq kobud olub əlləri Daşlamaqdan həyatımın günlərin İçindəyəm qara-qura vərəqlərin Sevməməkdə məni yox səbəblərin Günah məndəmi bitmirsə dərdlərin Üzülmə çıxanda boşa sevgi cəhdlərin Bütün bu səhvlərin çevrilər düzə Çıxanda ürəyinin içindəki üzə [bad word] AiD) Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış