Sarkazm (2014) (исполнитель: Okaber)
Dözülməz ağrı kimidir insan izdihamı, Xiyabanlara köçən dahilər indi hanı? Ölü evdən səhnələr, iblisin intiqamı, Xarabadan qeydlər və mən, xəbərsizəm. Nə qədər düzünü yazsan da tarixə, alınmır, Buralarda güllələnmə təxirə salınmır. Qalın tarix kitablarından da iyrənirəm, Onlar bizi iynələyirlər, mən xəbərsizəm. Hər inqilabdan sonra adı dəyişən parkam mən, Ortada qalan mən, azalan, artan mən. Tarixə düşmüşəm, sən coğrafi əzariyə, Daş qoydun tərəziyə, mən xəbərsizəm. Düşüncə ölüb, pis günə düşüncə ölüb, Bədənlər gördüm ki, mən illər öncə [bad word] nı görə bilmədim, amma məncə, ölüb, Bilmirəm, səncə, ölüb? Çünki, mən xəbərsizəm. Üzümü çevirim sizə, yağdırın tərifləri, Ədəbiyyatda biz bu dövrün ədibləri. Sarkazma düzmüşəm, burda hərifləri Bilmirəm, nədir tələbləri? Mən xəbərsizəm. Öldürə bilər məni həsrət, bir də gümüş güllə, O bəstələdi, mən də yazdım 5-10 cümlə. Deməli, bu oyunlarda sən önəmli deyilsən, Bəlkə də nə isə deyirsən, mən xəbərsizəm. Yenə də oxuyar mollanız xütbələr, Sırtılan sifətlər bir az da ütülənər. Tanrını unudanların imanı bütlərə, Kim necə, harda lütlənər, mən xəbərsizəm. Hər ötənə yar olan gəlir vətənə dar Və əxlaqsızda belə bir ənənə var. Soyunur, geyinir, əşi, sənə nə var? Ya da ki, mənə nə var? Mən xəbərsizəm. Fərasət axtarırdılar, tapıldı özümüzdə, Ya bizlə çiyin-çiyinəsən, ya da ki, önümüzdə. Gizli yaşayanlar da var, ölüb üzdə, Eşitdin, sözü gizlət, mən xəbərsizəm. Siz allahlaşdıranda tiranları, Axtarırdım dövrümdə, tapdım fironları Və göylərə qalxanda fəryadı girovların, Hara atıb tilovlarını? Mən xəbərsizəm. Nə udmağın bilindi, nə də uduzmağın, Danışmağından da qiymətlidir susmağın. Deyəsən, unutmusan, kimdir ustadın, Nələr çəkir dustağın, mən xəbərsizəm. İyrənc görsənir, saxtadırsa hörmətin, Cənnətin divarlarına bir kərpic hörmədin. Nə yaşamadım mən, nə də ölmədim, Danışmadım, eşitmədim, görmədim, xəbərsizəm.