Отсутствует (исполнитель: Неизвестен)
verse:PRoMete Nə qələm olmur kömək, nə ağappaq vərəqlər... Bir ağırlıq varsa ürəkdə. Küləklər aparsın külünü, İstəyirsən yanasan. Hərdən, fikirləşirəm ki, yuxudayam... Bütün bu ağırlıq düşəcək çiyindən, Nə vaxt ki oyanacam. Amma haçanacan davam edəcəyini bilmirəm. Mən əhatə dairəsindən kanarda, Sən isə Bermudumsan. Ümidlər sonuncu ölür, sən son ümidimsən! Amma yoxsan yanımda, Varsan içimdə. Hər addımımda gözümün önündə Nəsə səni xatırladır. Zəng edirəm, Ya uzun-uzun çağırır, Ya da nömrən qapalıdır...[biraz sonda zəng edin] Nəqarət: Qaraqan İndi kömək eləmir bizə qanadlar... Yerimiz [bad word] #305;n kənarı... Guya qaça-qaça biz xəzandan, Uzaq saldıq özümüzdən baharı... [x2] verse: PRoMete İçimiz daş bazarı, ya da ürək məzarı. Gözlərimiz qızarıb, bəbək yerinə qan damarı. Gecələrimiz yuxusuz, günlərimiz sonsuzluğa, Bu sonsuzluğun sonu bizi görən hara aparır?! İşlərimiz artır-artır, azalır sevginin vaxtı, Ünsiyyət iki sözlük: “Necəsən?” Cavab: “Yaxşı” Soyuqluqda keçəcəyik daşı, buraxıb yaddaşı, İnkubator insanlarının olmur qardaşı... Nəqarət: Qaraqan İndi kömək eləmir bizə qanadlar... Yerimiz [bad word] #305;n kənarı... Guya qaça-qaça biz xəzandan, Uzaq saldıq özümüzdən baharı... [x2] verse:PRoMete İndi kömək eləmir iynələr və sistemlər, Məhv olunan sevgilərdir, insanların hirsindən. İndi kömək eləmir magiyalar ya da dinlər, Dünyanı qurtarmaqçün bu qap-qara tilsimdən. Sadə şeylər məntiq üçün fantastikdir. Texnikalar üstələyir insan ağlın. Kim yazır görəsən bu əsəri? Sonunu görmək maraqlı olardı, bu nağılın. Kiminsə gözü bağlı, kiminsə ağlı bağlı. İtib fərq, fərq eləmir yaxınlıq, ya uzaqlıq. Satılır hətta enerji də, indi hər şeyin öz qiyməti Ürəklər də icarəyə verilir, bir neçə yataqlıq.... Nəqarət: Qaraqan İndi kömək eləmir bizə qanadlar... Yerimiz [bad word] #305;n kənarı... Guya qaça-qaça biz xəzandan, Uzaq saldıq özümüzdən baharı... [x2]