Düşüncə (исполнитель: HOST Alliance)
Onun hələdə ümidi var ki anası diriləcək Hələdə ümidi var ki hamsı yuxudu bir gün ayılacaq 5 yaşında həyat tamam başqa cürdü Yetim gözlərində həyat başqa cürdü, ailə başqa cürdü İndi boş otaqda oyuncaqlar oldu özgə atanın əllərində Anasının şəkilləri və həyat Yeni oyunla başını qatdı uşaq göz yaşıyla Oynadıqca layla oldu Atası qaranlıqda hönkür-hönkür ağladıqca Sehrli uşaqlıq illəri qaldı Ananın qucağına həsrətlə keçən günlərin Uydurma xəyallarına möhtac olmuş mavi gözlərin İçində söndü arzular, divarda köhnə xalça Tozlu süfrə boşdu, atası işdə, yazda soyuq, isti qışda Və sərxoş.. qonşuların dava səsi.. eşidilir eyvanda Oyuncaq heyvanlar yetim oğlanın yaxın dostu Doldu isti zəhər atası evə gələndə yeni anayla... Sən heç uşaqların ağlamağın görmüsən?-Hə,nə olub ki? Qəribədir.. Görəsən niyə ağlıyırlar ki? Onlar axı hələ heç nə görmüyüblər.. Onun hələdə ümidi var ki hər batan günəş Geri dönən kimi cavanlıqda batmış xəyallar Bir gün geri dönər.. Üzdə yaranan hər süni gülüş kimi Həkim qoyan diaqnoz bəlkə bir gün süni gələr Onun hələdə ümidi var ki artan qırışlar Qocalığın deyil sadəcə ağlın biliyin əlaməti Hər edilən xəyanəti yadda saxlamaq Kinli olmaq kimi görünə bilər Amma necə olur ki gənclik illərində Fərqli-fərqli ölkələrə səyahət İndi fərqli-fərqli xəstəxanalar ilə əvəz olunub Məhşur olan seriallar məhşur olan dərmanlarla Sevinc verən əyləncələr əzab verən iynələrlə əvəz olunub Hər şey başqa cürə də ola bilərdi amma olmadı Ola da bilməz çünki alın yazısı hərədə bir cürdü Hər şey dəyişdi sevimli oğul evə gələndə Ondan son hədiyyə qocalar evinə dəvətnamə Sən heç qocaların ağlamağın görmüsən? - Hə,nə olub ee? Qəribədir.. Görəsən niyə ağlıyırlar ki? Onlar axı hər şeyi görüblər.. Onun hələdə ümidi var ki gecə keçib sabah olanda Gül dəstəsi üstündə açıqca kimsə açıqlar məhəbbətini Anladar [bad word] unu o da ona anladar [bad word] unu İllərin amansız axınlarına qoşulduğunu günbəgün Təkliydən sıxıldığını anladar sevgisiz necə çətindi yaşamaq Həyat adlı oyunun əzabı keçdiyi ilə razılaşmaq haqqında uzun-uzun Amma yox bütün bunlara sərf eləmək üçün deyil ucuz Amma yenə süküt