Qaraqan - Gubre (Leykemiya) (исполнитель: ♥)
Qaranlıq küçələr,boş prospektlər Yaddaş dəhlizlərində tanış portretlər Yağış isladır küçələrdə yox heç kəs Mənim beynimdə xatirələr,fraqmentlər Gözlərim parlıyır sevincdən hara istəsən yoz Sən axı bilirsən [bad word] ürəyim buz Və nə qədər ki,yığır susduğumuz mövzular toz Mən artıq deyə bilmirəm bir çox dostuma dost Bu gündən sabaha bir neçə addım,bir neçə söz Bu gündən sabaha səni unudmaq üçün bir neçə qız Bu gündən sabaha bir neçə yarımçıq şeirlər Sənsiz həyatım ağ qara filmdir xoş seirlər Və islandıqca qısa qorxaq addımlar Sən qalacaqsan əbədi mənim yanımda Bilirəm bunlar hamsı boş xəyallar,nağıllar Ürəyivi qıracam və çıxmayacam ağlından Sən necədə gözəlsən Buz keçmişə süzülür isti saniyələr Bu gecə sən mənimsən Bərk yapış səni vermirəm heç kəsə Mən ilıq əllərində Yağ bütün gecə yağış döy pəncərəni Mən bu gecə səni sevirəm Sağ çıxacaqmı sevgimiz səhərə Bu çirkli zəmanədə tapmaq sevgi və saflıq De mənə ən yaxın olan dostundan neçəsi insaflı De mənə döydüyün neçə qapıda tapmısan ev Əbədi itirdiyin yaxınlardan neçəsi sağ Və bəzən ailə bilim qucaqladığın o kəslər Və bəzən yaradır gözəl musiqi çirkin səslər Və bəzən [bad word] Sən heç vaxt öz xoşunla getmirsən qovulursan Mən bu gün qucaqlıyacam qanadlarını Sənə danışacam həyat adlı bir nağıl Mənə borc ver bu gecə qorxularını Sabah söz verirəm qaytaracam hamsın Soyun yalanları qoy qalsın çılpaq həqiqət Mən çox axtardım indi tapdım burdadır cənnət Və qadağan olunmuş meyvələrlə dolu süfrə Hər öldürdüyüm sevgi növbəti sevgiyə gübrə