Отсутствует (исполнитель: Неизвестен)
(Nəqarət:Qaraqan) Gəl dost olaq.Bircə mahnılıq qal mənimlə Sənə danışacam dərdlərimi Sənə danışacam hər şeyi mən!Hər şeyi mən!(x2) (verse:Qaraqan) Onun ağarmış saçları tökülür üzünə Həyatının payız fəsli sona çatmaqdadı Gözlərinin içində gizlənir min bir kədər Həyatı min bir gecə günəşi batmaqdadı Əzilmiş köhnə palto, cırılmış ayaqqabı Qızının köhnə əlcəklərini geyinir tənha qadın Ərinin baş daşıyla o gedir görüşməyə Axı onu ondan başqa həyatda hamı atıb Altmış manat pensiya bu da Allahdan kömək Bu [bad word] ne olur yaşamaq,nə də olur ölmək Amma əsas deyil pul, istiyir doğmaların Artıq onbeş ildən çoxdu görmür nəvələrin O hər gün səhər tezdən dəniz kənarı parkda [bad word] çörəklə yedizdirir sərçələrin Həyatın səhnəsindən onu çoxdan atıblar Teatr boşaldıqca tökülür pərdələri Onunla üzbəüz gözləri yorğun kişi Dodaqlarında çat həyatı yanlız işi İçir çəkir və içir,içir ki unuda bilsin Çəkir ki ciyərlərdə göz yaşını [bad word] bilsin Evə əliboş getmək uşaqların gözləri, Onun ürəyini parçalayır iynələr tək Arifin beş yaşı [bad word] artıq səkkiz Ama ki ağlıyırlar gecə gündüz körpələr tək O baxır ağbirçək qadının gözlərinə Mavi gözləri uzun illər öncə bozarmışdı Qadının cırıq əlcəklərinə baxan cavan xanım Bütün gecəni ağlamaqdan gözlər qızarmışdı O onu aldatmışdı,Tələbəlik illəri, Bu qızın yaddaşında yalanlarla həkk olundu Nəyə görə onun qeyri adi gözəlliyi Xoşbəxtlik gətirmək əvəzinə ona dərd olurdu Çantada şəkilləri,aparıb qaytaracaq Oğlanın qara gözlərinə bir daha baxacaq Zamanın naxışları bu ömür xalçasına Daha bir neçə düyüm bağlıyacaq,rəng atacaq Aysel inanmırdı ki nağılların olur sonu Yalandan sevmirəm desə də sevəcək onu İçəridə çox istidi amma titriyir əllər Bəlkədə Ayselin hıyatında zaman donub Onunla üzbəüz [bad word] cavan oğlan Üzünün cizgiləri hardansa tanış gəlir Onun içində zülmət,onun içində üsyan O bilir qarşıdan səhralara yağış gəlir Cibində köhnə kağız,yanında qırıq qələm O baxır diqqətlə insanların gözlərinə Siz onu tanıyırsız, O oğlan elə mənəm Elə bu dəqiqə yazdım bu mahnının sözlərini Qarşımda cavan bir qız,yanında yaşl&