Sevgili Janan (исполнитель: Бюльбюль)
Musiqisi: Üzeyir Hacıbəyli Sözləri: Nizami Gəncəvi Hüsnün gözəl ayətləri, ey sevgili canan! Olmuş bütün aləmdə sənin şəninə şayan. Gəl eylə nəvaziş, mənə ver busə ləbindən, Çünki gözəlin busəsidir aşiqə ehsan. Sordum ki, “Könül hardadır”, aldım bu cavabı “Heç sorma, tapılmaz onu axtarsa da insan.” Rəhm eylə, dedim, sel kimi göz yaşımı tökdüm Kim, qanım ilə oynama, ey afəti-dövran! İnsafın əgər varsa, söylə, bu Nizami, Sənlə necə rəftar eləsin, ey məhi-taban?