Məhəbbət (исполнитель: IkO feat. Yetim Eyvaz-2013)
Onunla bağladım hər bir sözümü, Düz açdım həmişə ona gözümü, Bəzən qurban verdim ona özümü... Gördüm... xəyallara daldı məhəbbət. Məni gör nə günlərə saldı məhəbbət??? Daim məndən qabaq durdu ayağa Baxdığım qızlara qoydu qadağa Bilməm... nə üçün məni verdi qabağa Özü yarı yolda qaldı məhəbbət... Məni gör nə günə saldı məhəbbət??? Məhəbbət ki, vardır Bir ağır yoldur Gündə neçə dəfə boşaldı... doldu... O qədər suallarım cavabsız qaldı Nə biləydim axi laldı məhəbbət? Məni gör nə günə saldı məhəbbət??? Onun üçün puç olur arzu, dilək də Tufanə çevrilir adi külək də Onsuzda qardaşım, hər bir urəkdə Silinməz ləkədi, xaldı məhəbbət Məni gör nə günə saldı məhəbbət??? Söyləyin ki, ondan kim xeyir görüb? Bahadır, Sonamı, Şahsənəm, Qərib? Fərhad Şirin üçün bisutun hörüb, Külüngü boçuna çaldı məhəbbət Məni gör nə günə saldı məhəbbət??? [bad word] əlimdə yazan qələmi Ahım nailəm tutub bütün ailəmi Əsirnin oduna saldı Kərəmi Alışdı məhəbbət, yandı məhəbbət Məni gör nə günə saldı məhəbbət??? Geyinir kecinir gündər bir donu Qandır, Faciədir, Dəhşətdir sonu Saldı səhralara bədbəxt məcnunu Leylisin əlindən aldı məhəbbət Məni nə günlərə saldı məhəbbət??? Gənc idim, bilmirdim o nətərimiş Sən demə qəm dolu, dərdmiş, qəhərmiş And olsun Allaha Acı zəhərmiş... Mən elə biliridm baldı məhəbbət Məni nə günlərə saldı məhəbbət??? Eyvaz min əzabla çəkirdi onu Soyuqda şaxtada bükürdü onu Təzəcə urəyində əkirdi onu Çıxdı xəzri küləyi soldu məhəbbət. Məni nə günlərə saldı məhəbbət???