Отсутствует (исполнитель: Неизвестен)
– Hara gedirsən, ay gəmi? – Uzaqlara, uzaqlara. – Məktub yazsam, verərsənmi Balıqlara, balıqlara? – Yosunları dərərsənmi, Yosun köynək hörərsənmi Uşaqlara, uşaqlara?.. – Hara gedirsən, ay gəmi? – Yaxınlara, yaxınlara. – Məktub yazsam, verərsənmi Qohumlara, qohumlara? – Yosunları dərərsənmi, Yosun köynək hörərsənmi Xanımlara, xanımlara?