[Dost] (исполнитель: [HOST| Qaraqan])
Uşaqlıq dostları indi sanki yad planetlər, Günahkar talehdi, biz əlində marionetlər.. Sənin sükutun bütün suallarıma cavab idi, Uşaqlıq arzuları yalançı bir qanad idi.. İndi karyera, diplom, praktikalar, sessiya, Həyatımız gülüşlərlə dolu zərif aqressiya.. Mənim içimdə nifrət və yəqin özümə qarşı, Üzümə ağırlıq verirdi baxışların daşı.. Guya taleh qardaşı, yəqin ki, çıxdıq ögey, Həyat belədir, fikir verməyək, öyrəşək, dözək.. Və hər salamda əlimə əsir şimal küləkləri, Gör həyat kimlərə çevirdi bizi, gör biz neylədik?! Buraxdığımız səhvlər, çoxu bilərək, qəsdən, Nə qaldı sevgidən, sevincdən, gülüş, həvəsdən.. Sənin gülüşünçün gərəkdir tüstü dolu qədəhlər, Mənim gülüşümçün gərəkdir yəqin ölü mələklər.. Ya da dünyanın axırı, biraz gülümsəməkçün, Çağırmamışam səni pisləməkçün, deyinməkçün, Sadəcə yeni maska almışam və geyinməkçün, Baxıram sənə düzgün, axı sən mənim güzgüm, DOST.. Dön, bir anlıq bax üzünə güzgüdə, Gör necə dəyişdin bu son illərdə.. Heç nə qalmadı o təmiz gözlərdən, Qaraldıqca, qaraldı.. Say, neçə ili keçimşə bağladın, Yarpaqlar ağaclardan töküldükcə.. Gücün artıb çoxalsa da, saçların ağardıqca ağardı.. Günlər keçir, yeni tanışlar, hadisələr, Hər dəfə kimsə gəlir, sonra birdən gedirlər.. Və bir gün anlayanda tək olduğunu bu həyatda, Qəfəs açıq olsa, da, uçmaq olmur tək qanadla.. Biz sanki həyat [bad word] şəxsiyyətlər, Səkkiz saatlıq işlər, bir aylıq məzuniyyətlər.. Və dövlət qarşısında borclarımız məsuliyyətlər, Biz axı belə deyildik, çəkdiyimiz əziyyətlər.. Oxuduğumuz kitablar, deməli hamısı boşdu? Neyləmək olar, həyat sevgi, sevgi pul, pul işdi.. Və beləcə sürünürdük dolanmaqçün birtəhər, Şahzadə axtarırdıq, tapdığımız fahişələr.. Zaman sürətli qatar, ünvansız, dayanacaqsız, Ürək mühərrikləri siz də bir gün dayanacaqsınız.. İki dostun sükut söhbətində mimikalar, Yarımçıq jestlər, sanki qəmli lirikadan.. Mən sənə bağışladım uşaqlığının intiharın, Cəmiyyətin çəkiciylə qırdığın xoş arzuların.. Bu sənin cizgilərin, izlər altında qarın, Və inan, özümünkü tək hiss edirəm ağrılarını, DOST.. Dön, bir anlıq bax üzünə g